Google baha olmayan smartfonlar üçün Android 13 Go Edition ƏS-ni təqdim edib

Google baha olmayan smartfonlar üçün Android 13 Go Edition ƏS-ni təqdim edib

Əməliyyat sistemləri
21.10.2022 PAYLAŞIM

    Google şirkəti texniki göstəricilər baxımından nisbətən zəif və bahalı olmayan smartfonlar üçün Android 13-ün Go Edition versiyasını təqdim edib. Android 12 Go Edition ilə müqayisədə Android 13 Go Edition bir neçə yenilik əldə edib. İlk öncə onu qeyd etmək lazımdır ki, Android 13-ün fərqləndirici özəlliyi Go Edition versiyasına da inteqrasiya edilib. Söhbət Material You adlı funksiyadan gedir. Sözügedən funksiya interfeys elementlərinin rənglərini smartfon ekranına quraşdırılmış temanın rənglərinə uyğunlaşdırır. Android 13 Go Edition-da reallaşdırılmış daha bir yenilik Google Play System Updates yenilənmələrinin təqdim edilməsi siyasəti ilə bağlıdır. Bundan sonra Android 13 Go Edition vasitəsilə çalışacaq cihazlar adi Android 13-ün əldə etdiyi təhlükəsizlik yenilənmələrini əldə edəcəklər.


    Google təmsilçisinin sözlərinə əsasən təhlükəsizlik yenilənmələri ilə bağlı olan bu yenilik bu və ya digər büdcəli smartfon istehsalçısının öz məhsulları üçün Android yenilənmələrini təqdim etmədiyi halda da əməliyyat sistemini aktual vəziyyətdə saxlamağa imkan verəcək. Google bildirib ki, Android 13 Go Edition-un dəstəklənməsi üçün smartfon minimum 2 GB RAM-a və 16 GB daxili yaddaş həcminə sahib olmalıdır. Android 13-ün sadələşdirilmiş versiyasına Discover adlı funksiya əlavə edilib. Bu funksiya smartfon ekranında sürüşdürmə hərəkətini reallaşdırmaqla istifadəçi üçün personallaşdırılmış kontentləri əldə etmək olar. Buna misal olaraq xəbərləri gətirmək olar. Adi Android 13-də olduğu kimi Go Edition versiyasında da hər bir tətbiq üçün individual dil seçimini etmək olar. Android 13 Go Edition əməliyyat sisteminə sahib ilk smartfonlar gələn il satışa çıxacaqlar.

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


iOS 17 barəsində ilk məlumatlar təqdim edilib

İnsayderlər bu il təqdim ediləcək iOS 17 əməliyyat sistemi barəsində bəzi məlumatları təqdim ediblər..


Android 14-də köhnəlmiş tətbiqlərin quraşdırılması bloklanacaq

Bu il təqdim ediləcək Android 14-ün beta versiyasının kodunda yeni təhlükəsizlik qaydası aşkar edili..


Apple Music, TV və Devices tətbiqləri Windows 11-də istifadəyə verilib

Windows 11-də Apple şirkətinin bəzi tətbiqlərinin test versiyaları istifadəyə verilib.


Google Chrome brauzerinin Android versiyası çox faydalı yeni funksiya əldə edib..

Google Chrome brauzerinin Android üçün nəzərdə tutulmuş versiyasına Instance Switcher adlı yeni funk..


Windows 7 və Windows 8,1 üçün son rəsmi yenilənmələr təqdim edilib

Microsoft Windows 7 və Windows 8.1 əməliyyat sistemləri üçün son rəsmi yenilənmələri təqdim etdi...


Apple iOS istifadəçilərinə tətbiqləri kənar resurslardan yükləməyə icazə verəcək..

Bir neçə aydan sonra Avropa Birliyində yeni antimonopoliya qanunu qüvvəyə minə bilər.

×