Google büdcəli smartfonlar üçün nəzərdə tutulmuş Android 11 Go Edition-u təqdim edib

Google büdcəli smartfonlar üçün nəzərdə tutulmuş Android 11 Go Edition-u təqdim edib

Əməliyyat sistemləri
11.09.2020 PAYLAŞIM

    Android 11-in final versiyasını istifadəyə verdikdən sonra Google şirkəti sözügedən əməliyyat sisteminin büdcəli smartfonlar üçün nəzərdə tutulmuş sadələşdirilmiş versiyasını təqdim edib. Şirkət tərtibatçılarının verdikləri məlumata əsasən yeni Android 11 Go Edition versiyasının əsas özəllikləri sırasında tətbiqlərin yüksəlmiş performansları və smartfon daxilindəki yaddaş həcminə qənaət üçün az həcmli distributiv var. Bu barədə Engadget saytı xəbər verib. Google bildirib ki, 2 GB RAM göstəricisinə sahib bütün smartfonlar əməliyyat sisteminin yenilənmiş sistem tələbləri üzrə Android 11 Go Edition-u əldə edəcəklər.

Android 11 Go Edition


    Bununla yanaşı sadələşdirilmiş yeni əməliyyat sistemi fon rejimdə çalışan tətbiqlərin optimizasiyası üçün smartfonun RAM yaddaşında 270 MB yer azad edəcək. Şirkət həmçinin qeyd edib ki, Android 11 Go Edition vasitəsilə çalışan smartfonlarda tətbiqlərin işə düşmə sürətləri 15% yüksəlib və aktiv tətbiqlər arasında keçid zamanı donmalar ilə tətbiqlərin ani olaraq işlərinin sonlandırılması ehtimalları aşağı salınıb. Bununla belə əməliyyat sisteminin, smartfonun daxili yaddaşında tutduğu yer 900 MB daha az olacaq. Bunun sayəsində istifadəçilər öz cihazlarında daha çox mediakontent saxlaya biləcəklər. Go Edition versiyası adi Android 11-in bəzi özəlliklərini də əldə edib.

Android 11 Go Edition

    Məsələn, istifadəçi tətbiqlərdəki vacib çatları ayıra və aktual çatları bir bölmədə birləşdirə bilər. Rahat naviqasiya üçün istifadəçi interfeysinə yeni jestlər də əlavə edilib. Konfidensiallıq məsələsinə də dəyişikliklər edilib. Belə ki, istifadəçi özü qərar verə biləcək ki, hansı tətbiq onun konfidensial məlumatlarını əldə etsin. Əgər hansısa tətbiq müəyyən müddət ərzində istifadə olunmayıbsa istifadəçi tərəfindən onun üçün verilmiş bu cür icazə sıfırlanacaq. Android 11 Go Edition-da reallaşdırılmış daha bir yeni funksiya Safe Folder adlanır. Onun sayəsində istifadəçi öz fayllarını 4 simvollu PIN koda sahib qovluqda gizlədə bilər. Android 11 Go Edition əməliyyat sisteminə sahib büdcəli smartfonların ya bu ilin sonunda ya da gələn ilin əvvəlində satışa çıxacaqları gözlənilir.

Android 11 Go Edition

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Google şirkəti Android 12-də kənar tətbiq platformalarından istifadəni sadələşdi..

Məşhur Fortnite oyununun monetizasiyası ətrafında yaranmış qalmaqaldan sonra Google şirkəti elan edi..


Android 11-i əldə edəcək Nokia smartfonlarının siyahısı təqdim olunub

Nokia brendi öz rəsmi Twitter səhifəsində Android 11-i əldə edəcək Nokia smartfonlarının siyahısını ..


Microsoft və Qualcomm tərəfdaşlığı gücləndirir: Windows 10-un Snapdragon optimiz..

Microsoft şirkəti ilə Qualcomm tərəfdaşlığı gücləndirdiyini bəyan etdi.


Sızdırıldı: Xiaomi artıq MIUI 13 interfeysi üzərində işləməyə başlayıb (Video)..

Xiaomi şirkəti sürətli bir şəkildə MIUI 13 interfeysi üzərində işləməyə başlayıb və ilkin sızıntılar..


iOS 14-də iPhone-nun çalışma müddəti test edilib (VİDEO)

iOS 14-ün smartfona quraşdırılmasından sonra smartfonun avtonom rejimdə çalışma müddətinin necə dəyi..


Apple şirkəti iOS 14-ün final versiyasını istifadəyə verib: Nə kimi dəyişikliklə..

Apple şirkəti iOS 14 əməliyyat sisteminin final versiyasını istifadəyə verib. Əvvəlki iOS 13 ilə müq..

×