main-post-cover

    Google Chrome qruplaşdırılmış qovluqları qovluqlar panelində saxlamağa imkan verəcək

    Proqram Təminatı
    Əməliyyat sistemləri
    14.11.2022
    Farid Pardashunas
        Google Chrome brauzerində yeni funksiyanın testi aparılır. Testi aparılan yeni funksiya çoxlu sayda qruplaşdırılmış qovluqlarla çalışma prosesini sadələşdirəcək. Belə ki, test olunan yeni funksiya qruplaşdırılmış qovluqlardakı məlumatları lokal şəkildə saxlamağa imkan verəcək. Bu isə brauzerin yenidən işə salınması və ya onun işində hansısa nasazlığın baş verdiyi halında həmin məlumatların itməməsini təmin edəcək. Bununla yanaşı bu cür qruplaşdırılmış qovluqları eyni Google hesabından istifadə edən müxtəlif cihazlar arasında sinxronlaşdırmaq da mümkün olacaq.
        Hal hazırda bu funksiya brauzerin Canary versiyasında test olunur. Funksiya Canary 109 versiyaısnda müəyyən məhdudiyyətlər ilə test olunur. Canary 109-da sözügedən funksiyanın müxtəlif cihazlar arasnda sinxronlaşdırılması özəlliyi çalışmasa da, qovluqların qruplaşdırılması imkanından faydalanmaq olar. Bunun üçün chrome://flags bölməsində Tab Groups Save funksiyasını aktivləşdirmək lazımdır. Sözügedən funksiyanın Chrome-un stabil versiyasında nə zaman istifadəyə veriləcəyi bilinmir.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər