main-post-cover

    Google iOS-dən Android-ə rahat keçid üçün xüsusi tətbiq üzərində çalışır

    Proqram Təminatı
    Əməliyyat sistemləri
    28.07.2021
    Farid Pardashunas
        İnsayderlərin verdikləri məlumata əsasən Google şirkəti iOS istifadəçilərinin Android-ə maksimal dərəcədə komfortlu keçidləri üçün xüsusi tətbiq üzərində çalışır. Məlumatda qeyd edilib ki, bulud servislərdən fərqli olaraq hazırlanan tətbiq vasitəsilə iOS istifadəçiləri təkcə kontaktlarını və fotolarını deyil həmçinin tətbiqlərini də Android-ə keçirdə biləcəklər. Yeni ehtiyat kopyalama alətinin kodunu analiz edən zaman mütəxəssislər iOS üçün nəzərdə tutulmuş xüsusi tətbiqin adını aşkar ediblər.
        Həmin tətbiq Apple ekosisteminin istifadəçilərinə rahat şəkildə Andorid-ə keçid etmələrini təmin etmək üçün nəzərdə tutulub. Çox güman ki, söhbət, Apple tərəfindən 5 il bundan öncə hazırlanmış Switch to IOS tətbiqinin alternativ versiyasından gedir. İndiki halda istifadəçilər öz vacib məlumatlarını Google Drive üzərindən kopyalayırlar və daha sonra fərdi şəkildə Android cihaza yükləyirlər. Bununla belə bu halda istifadə tətbiqləri Android-ə keçirdə bilmir.
        Verilmiş məlumata əsasən isə Google tərəfindən hazırlanan yeni tətbiq cihazda olan iOS tətbiqlərin Android versiyalarını aşkar edərək onların Google Play-dən yüklənmələrini təmin edəcək. Güman olunur ki, bu sistem yalnız pulsuz tətbiqlər üçün çalışacaq. Pullu tətbiqlərin Android versiyalarını isə yenidən almaq lazım gələcək. Switch to Android adlı tətbiq hələ App Store-da mövcud deyil. Məlumata əsasən o hələ hazırlanma və test mərhələsindədir. Google özü isə bu cür tətbiqin istifadəyə veriləcəyi barəsində rəsmi məlumat təqdim etməyib.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər