Google şirkəti Android 12-də kənar tətbiq platformalarından istifadəni sadələşdirəcək

Google şirkəti Android 12-də kənar tətbiq platformalarından istifadəni sadələşdirəcək

Əməliyyat sistemləri
29.09.2020 PAYLAŞIM

    Məşhur Fortnite oyununun monetizasiyası ətrafında yaranmış qalmaqaldan sonra Google şirkəti elan edib ki, kənar tərtibatçılar üçün Android siyasətində bəzi dəyişikliklər ediləcək. Şirkət bildirib ki, 2021-ci ildə Android əməliyyat sistemi daha açıq olacaq və smartfon istifadəçiləri digər tətbiq platformalarının istifadəsini seçə biləcəklər. Bu barədə Androidpolice saytı xəbər verib. Google şirkətinin rəsmi bloqunda təqdim edilmiş yazıya əsasən Android cihazların istifadəçiləri sistem tərəfindən istifadə olunacaq tətbiqlər arasında həmişə seçimə sahib olublar.

    İndi isə şirkət bu cür sistemi kənar tətbiq mağazaları üçün də reallaşdırmağı planlaşdırır. Beləliklə Android 12-də kənar tətbiq platformalarından istifadə seçimi imkanı reallaşdırılacaq. Hal hazırda Android-də yeganə platforma Google Play-dir. Google şirkətinin əsas məqsədi Android istifadəçilərinə təkcə seçim imkanının verilməsində deyil həmçinin həmin istifadəçilərin təhlükəsizliklərinin təmin olunmasındadır. Gözləntilərə əsasən kənar tətbiq platformalarından istifadə imkanı Android 12-nin əsas özəlliklərindən biri olacaq.



Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


İnternetdə gələn il iOS 15-i əldə edəcək iPhone modellərinin siyahısı ortaya çıx..

Apple cihazlarının əsas üstünlüklərindən biri də odur ki, şirkət onların proqram təminatı dəstəkləri..


Apple şirkəti iOS daxilində reklam elanlarını göstərməyə başlayıb

Çindən olan şirkətlər (əsasən də Xiaomi) tətbiqlər ilə istifadəçi interfeyslərinin daxilindəki rekla..


2021-ci ildən köhnə Android versiyalı smartfonlarda bir çox saytları yükləmək mü..

Smartfon istehsalçılarının öz cihazlarını yeni Android versiyalarına keçirtmələrində olan aktivliyə ..


Google şirkəti Google Play-də Android tətbiqlərin müqayisəsi funksiyasını test e..

Google şirkəti Android üçün olan Google Play tətbiqlər mağazasının dizaynını dəyişərək və ona yeni f..


Huawei özünün EMUI istifadəçi interfeysindən imtina edə bilər: Bu halda onu nə ə..

Huawei şirkəti özünün HarmonyOS adlı əməliyyat sisteminin inkişafını aktiv şəkildə davam etdirir...


Microsoft şirkəti düzgün olmayan drayverlərin Windows 10-a quraşdırılmasını qada..

Yeni Windows 10 yenilənməsi əməliyyat sisteminin alqoritminin iş prosesinə dəyişikliklər gətirib...

×