Google şirkəti Android üçün olan sistem tələblərini sərtləşdirəcək

Google şirkəti Android üçün olan sistem tələblərini sərtləşdirəcək

Əməliyyat sistemləri
22.07.2020 PAYLAŞIM

    Müasir Android smartfonlar sırasında bir çox müxtəlif modellər mövcuddur. Onların arasında zəif texniki özəlliklərə sahib ultrabüdcəli modellər də var. İnsayderlərin verdikləri məlumata əsasən Google şirkəti Android əməliyyat sistemi məsələsində smartfonların texniki özəlliklərinə tələbləri sərtləşdirməyə hazırlaşır. Belə ki, yaxın zamanda aşağı texniki göstəricilərə sahib smartfonlar yalnız Android Go-nu əldə edə biləcəklər. Bu barədə Gizmochina saytı xəbər verib.


    Bəzi smartfonlar isə ümumiyyətlə Google servislərini əldə edə bilməyəcəklər. İnsayderlər tərəfindən əldə edilmiş smartfon ayarları təlimatının kopyasında cihazların texniki özəlliklərinə olan yeni tələblər əks olunublar. Beləliklə məlumata əsasən Android 10Android 11 əməliyyat sistemlərini əldə etmiş və RAM göstəriciləri 2 GB və ondan aşağı olan smartfonlar bu ilin dördüncü rübündən başlayaraq Android-in Go versiyasını quraşdırmaq məcburiyyətində qalacaqlar.

    Beləliklə həmin əməliyyat sistemlərini 3 GB və daha yuxarı RAM göstəricilərinə sahib smartfonlar əldə edəcəklər. Bununla yanaşı sənəddə Google servislərinin quraşdırılması üçün nəzərdə tutulmuş minimum RAM göstəricisi (512 MB) də əks olunub. Əvvəlcədən satışa çıxmış 2 GB RAM-lı smartfonların məcburi olaraq Android Go-ya keçirilmələri rellaşdırılmayacaq. 

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


HarmonyOS-in Google servislərini dəstəklədiyi məlum olub

Keçən ilin sentyabr ayında Huawei şirkəti smartfonlarla və digər smart cihazlarla uyğunlaşa bilən Ha..


Yeni Huawei smartfonlarına HarmonyOS əməliyyat sistemi öncədən quraşdırılacaq..

Digital Chat Station ləqəbli məşhur çinli insayder Huawei şirkətinin HarmonyOS əməliyyat sistemi bar..


Xiaomi yeni MIUI funksiyası sayəsində köhnə smartfonlarını sürətləndirə biləcək..

Digital Chat Station ləqəbli məşhur çinli insayderin verdiyi məlumata əsasən Xiaomi şirkəti MIUI ist..


Windows 10-da istənilən Linux tətbiqinin işə salınması mümkün olub (VİDEO)..

Microsoft şirkəti qrafik interfeysli Linux tətbiqlərinin Windows 10 mühitində işə salınması funksiya..


Windows 10-da olan Timeline funksiyasının imkanları məhdudlaşdırılacaq

Öz əməliyyat sisteminin təkimlləşdirilməsilə məşğul olan Microsoft şirkəti Windows 10-nun növbəti ve..


Xiaomi: 'Android 11 son illərin ən problemli əməliyyat sistemidir'

Xiaomi bildirib ki, son il ərzində MIUI istifadəçi interfeysi əvvəlki illərlə müqayisədə daha çox də..

×