Logo
    main-post-cover

    Google şirkəti Renault ilə birlikdə avtomobillər üçün yeni növ proqram təminatı üzərində çalışır

    Əməliyyat sistemləri
    09.11.2022
    Emil
        Google şirkəti avtomobillər üçün nəzərdə tutulmuş proqram təminatına artıq sahibdir. Avtomobil sahibləri öz Android smartfonlarını rahatlıqla Google şirkətinin proqram təminatına qoşa bilərlər. Verilmiş yeni məlumata əsasən isə Google şirkəti məşhur avtomobil istehsalçısı olan Renault ilə birlikdə avtomobillər üçün nəzərdə tutulmuş tamamilə yeni növ proqram təminatı üzərində çalışır. Hazırlanan yeni proqram təminatı platforması avtomobilin funksionallığını dəyişməyə imkan verəcək və tamamilə yeni növ sürücülük təcrübəsini təqdim edəcək.
        Məlumatda qeyd edilib ki, iki şirkətin birgə əməkdaşlığı çərçivəsində hazırlanan platforma hələ kommersiya məqsədli ad əldə etməyib. Lakin Google ilə Renault onu software-defined vehicle (SDV / proqram səviyyəsində təyin edilən avtomobil) ifadəsi ilə təsvir edirlər. Məlumata əsasən yeni proqram təminatı platformasının əsas özəlliyi ondan ibarət olacaq ki, o özü ilə uyğunlaşa bilən istənilən nəqliyyat növünün rəqəmsal kopyasını yaradacaq. Başqa sözlə desək, istənilən istehsalçı öz sensorlarına, kameralarına və digər komponentlərinə sahib SDV dəstəkli avtomobili istehsal edə bilər.
        Bu halda avtomobilin sahibi və ya avtomobili satacaq diler heç bir çətinlik çəkmədən avtomobilin sisteminə yeni növ platformanı sürətli şəkildə quraşdıra biləcək. Gözləntilərə əsasən hazırlanan yeni növ proqram təminatı platforması intellektual funksiyaları dəstəkləyəcək. Onların arasında sürücünün sürmə tərzinin izlənməsi və sürücünün tez-tez getdiyi məkanların təyin edilməsi kimi funksiyalar olacaq. Sistem tərəfindən yığılacaq bu məlumatlar sürücünün avtomobil ilə qarşılıqlı əlaqə prosesini yaxşılaşdıracaqlar. Sözügedən proqram təminatı platformasının nə zaman təqdim olunacağı və onun dəstəyinə sahib ilk avtomobillərin nə zaman satışa çıxacaqları barəsində heç bir məlumat yoxdur.
    Paylaş
    Bənzər xəbərlər