HarmonyOS 2.0 əməliyyat sisteminin qlobal versiyasının nə zaman istifadəyə veriləcəyi məlum olub

HarmonyOS 2.0 əməliyyat sisteminin qlobal versiyasının nə zaman istifadəyə veriləcəyi məlum olub

Əməliyyat sistemləri
06.12.2021 PAYLAŞIM

    Huawei şirkəti özünün HarmonyOS 2.0 əməliyyat sisteminin qlobal bazarda istifadəyə verilməsinə hazırlaşır. Mövcud məlumatlara əsasən əməliyyat sisteminin qlobal bazarda istifadəyə verilməsi gələn ilin əvvəlində baş tutacaq. Bu barədə məlumatı şirkətin Mərkəzi və Şərqi Avropa ilə Kanada və Türkiyə üzrə istehlakçı şöbəsinin rəhbəri Derek Yu verib. Huawei-də olan məlumatlara əsasən HarmonyOS-ə sahib smartfonlar Android-ə sahib analoqlardan 10% daha sürətlə çalışırlar. Derek Yu həmçinin bildirib ki, Çində əməliyyat sisteminin istfadəçi kütləsi 100 milyonu keçib.

    Maraqlısı ondadır ki, şirkət HarmonyOS 2.0-nin qlobal versiyasını istifadəyə verməmiş artıq HarmonyOS 3.0-ün istifadəyə verilməsini planlaşdırır. Gözləntilərə əsasən HarmonyOS 3.0-ın qapalı beta testinə 2022-ci ilin birinci rübündə start veriləcək. Mütəxəssislərin fikirlərinə əsasən isə HarmonyOS 3.0-ın stabil versiyası açıq beta testin bitməsindən sonra istifadəyə verilə bilər. Qeyd etmək lazımdır ki, Huawei şirkətinin fərdi əməliyyat sisteminə keçidi məcburi addım xarakterini daşıyır. Belə ki, ABŞ sanksiyaları səbəbilə şirkət öz cihazlarında Google servislərini istifadə edə bilməz. Bu səbəblə də şirkət öz məhsullarında tədricən Android-dən imtina addımını atmalı olub.


Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Microsoft Defender-in Android və macOS versiyaları istifadəyə veriləcək

Microsoft şirkəti təkcə Windows üçün proqram təminatının hazırlanması ilə məşğul olmur. Belə ki, şir..


4 yanvar tarixində BlackBerry OS əməliyyat sisteminin dəstəyi dayandırılacaq..

Bu həftədən başlayaraq BlackBerry şirkəti özünün BlackBerry OS əməliyyat sisteminin dəstəyini dayand..


MIUI 13-ü qlobal bazarda ilk əldə edəcək smartfonların siyahısı təqdim edilib..

Xiaomi şirkəti MIUI 13-ü təqdim edəndən sonra sözügedən istifadəçi interfeysini qlobal bazarda əldə ..


MIUI 13 istifadəçi interfeysi təqdim olunub

Xiaomi şirkəti yeni MIUI 13 istifadəçi interfeysini təqdim edib. Lakin bu dəfə Xiaomi Apple şirkətin..


Tiramisu kod adına sahib Android 13-ün test versiyasının ilk fotoları təqdim edi..

XDA-Developers saytının mütəxəssisləri Android 13 əməliyyat sisteminin test versiyasının fotolarını ..


Samsung Android-dən Fuchsia OS əməliyyat sisteminə keçid edə bilər

Hələ bu ilin may ayında məlumat ortaya çıxmışdı ki, Samsung şirkəti Android-dən Fuchsia OS əməliyyat..

×