Huawei öz brauzeri ilə servislərinin desktop versiyaları üzərində çalışır

Huawei öz brauzeri ilə servislərinin desktop versiyaları üzərində çalışır

Əməliyyat sistemləri
12.01.2021 PAYLAŞIM

    Keçən ay Huawei şirkətinin vitse prezidenti HMS-in (Huawei Mobile Services) nailiyyətlərindən danışmışdı. Görünür, şirkət təkcə mobil bazar ilə yetinmək niyyətində deyil. Belə ki, Çinin Weibo sosial şəbəkəsində şirkətin öz proqram təminatını kompüterlər üçün adaptasiya məsələsində nail olduğu uğurlar barədə hesabatı ortaya çıxıb. Bu barədə 4pda saytı xəbər verib. Məlumata əsasən kompüterlər üçün tətbiqlər mağazasının istifadəyə verilməsi ilə birlikdə şirkət həmçinin öz brauzerini və HMS servislərini təqdim edəcək.

    Hansı əməliyyat sistemi istifadəçilərinin ilk növbədə HMS servislərini əldə edəcəkləri bilinmir. Gözləntilərə əsasən Huawei AppGallery ilə birlikdə digər servislərin kompüterlərdə istifadəyə verilməsi sayəsində şirkət özü üçün yeni əməliyyat sistemi bazarını mənimsəyəcək. Çox güman ki, şirkətin kompüterlər platformasına inteqrasiya edəcəyi əsas funksiyalar arasında birgə çalışma və ekran təsvirinin yayımı olacaq. Bu funksiyalar bir çox noutbuk istifadəçilərinə yaxşı tanışdı. HMS servislərinin kompüterlər üçün nə zaman istifadəyə veriləcəyi bilinmir.


Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


iPhone istifadəçilərinin 88%-i tətbiqlərin konfidensial məlumatları yığmalarını ..

Aparılmış yeni analitika onu göstərib ki, iOS 14.5-in istifadəyə verilməsindən sonra amerikalı istif..


Microsoft şirkəti Windows 10X-i bilinməyən müddətə kimi təxirə salıb

Büdcəli cihazlar üçün nəzərdə tutulmuş Windows 10X əməliyyat sisteminin bu il istifadəyə veriləcəyi ..


Android tərtibatçıları istifadəçilərə tətbiqlərin hansı məlumatları yığdıqlarını..

Google elan edib ki, Google Play-də xüsusi təhlükəsizlik bölməsi istifadəyə veriləcək və Android üçü..


HarmonyOS-in Google servislərini dəstəklədiyi məlum olub

Keçən ilin sentyabr ayında Huawei şirkəti smartfonlarla və digər smart cihazlarla uyğunlaşa bilən Ha..


Yeni Huawei smartfonlarına HarmonyOS əməliyyat sistemi öncədən quraşdırılacaq..

Digital Chat Station ləqəbli məşhur çinli insayder Huawei şirkətinin HarmonyOS əməliyyat sistemi bar..


Xiaomi yeni MIUI funksiyası sayəsində köhnə smartfonlarını sürətləndirə biləcək..

Digital Chat Station ləqəbli məşhur çinli insayderin verdiyi məlumata əsasən Xiaomi şirkəti MIUI ist..

×