Huawei şirkəti fərdi proqramlaşdırma dili üzərində çalışır
Proqram Təminatı
Əməliyyat sistemləri
26.02.2021
Farid Pardashunas
Huawei özünün software məhsullar portfoliosunu genişləndirməyə hazırlaşır. Belə ki, HarmonyOS adlı fərdi əməliyyat sistemindən sonra şirkət fərdi proqramlaşdırma dilini hazırlamaq niyyətindədir. Bir neçə müddət bundan öncə şirkət bu məsələ ilə bağlı patent sorğusu göndərib. Patent sorğusuna əsasən şirkətin proqramlaşdırma dilinin adı da məlum olub. İnternetdə olan patent sənədindəki məlumatlara əsasən Huawei tərəfindən hazırlanan proqramlaşdırma dili artıq Cangjie adı altında qeydiyyatdan keçib.
Qeyd etmək lazımdır ki, bu termin Çin heroqliflərinin yazılış üsulunu əks etdirir. Məlumdur ki, Huawei daha əvvəllər də öz məhsullarının adlarını Çin mədəniyyəti də əlaqələndirib. Buna misal olaraq Kirin, Hongmeng, Kunpeng, Barong, Taishan, Lingxiao və Shengteng adlarını gətirmək olar. Məlumatda qeyd edilib ki, Huawei fərdi proqramlaşdırma dili üzərində uzun müddətdir ki, çalışır və onun barəsində rəsmi məlumatı artıq bu il verəcək.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Həftənin xəbərləri
WhatsApp-da AirDrop analoqu istifadəyə veriləcək
Galaxy C seriyası geri qayıtdı: Samsung Galaxy C55 5G smartfonu təqdim edilib - QİYMƏTİ