
Keçən həftə Huawei şirkəti HarmonyOS 2.0 əməliyyat sisteminin ilk beta versiyasını istifadəyə vermişdi. Sözügedən əməliyyat sistemi xarici görünüşcə EMUI interfeysinə sahib Android-dən heç də fərqlənmir. Lakin yaxın zamanda bu vəziyyət dəyişəcək. Bu barədə IThome saytı xəbər verib. Verilmiş məlumata əsasən Huawei şirkəti artıq HarmonyOS 2.0 üçün yeni istifadəçi interfeysi üzərində çalışır. Hazırlanan yeni istifadəçi interfeysi mövcud olan EMUI-dən tamamilə fərqlənəcək. Təəssüflər olsun ki, yeni istifadəçi interfeysinin nə zaman istifadəyə veriləcəyi barəsində dəqiq bir məlumat yoxdur.
Çox güman ki, hazırlanan yeni interfeys gələn il təqdim olunacaq. Heç istisna deyil ki, o, Huawei P50 smartfon seriyası ilə birlikdə təqdim olunsun. Belə ki, məlumata əsasən Huawei P50 seriyasının smartfonları məhz HarmonyOS 2.0 əməliyyat sisteminə sahib olacaqlar. Qeyd etmək lazımdır ki, HarmonyOS 2.0 Developer Beta proqramına P40, P40 Pro, Mate 30, Mate 30 Pro smartfonları və MatePad Pro planşeti daxil olublar. HarmonyOS 2.0-ı hal hazırda yalnız Çindən olan istifadəçilər test edə bilərlər.
Şərh yoxdur