Huawei şirkəti HarmonyOS 2.0 ƏS-i üçün tamamilə yeni istifadəçi interfeysi üzərində çalışır

Huawei şirkəti HarmonyOS 2.0 ƏS-i üçün tamamilə yeni istifadəçi interfeysi üzərində çalışır

Əməliyyat sistemləri
22.12.2020 PAYLAŞIM

    Keçən həftə Huawei şirkəti HarmonyOS 2.0 əməliyyat sisteminin ilk beta versiyasını istifadəyə vermişdi. Sözügedən əməliyyat sistemi xarici görünüşcə EMUI interfeysinə sahib Android-dən heç də fərqlənmir. Lakin yaxın zamanda bu vəziyyət dəyişəcək. Bu barədə IThome saytı xəbər verib. Verilmiş məlumata əsasən Huawei şirkəti artıq HarmonyOS 2.0 üçün yeni istifadəçi interfeysi üzərində çalışır. Hazırlanan yeni istifadəçi interfeysi mövcud olan EMUI-dən tamamilə fərqlənəcək. Təəssüflər olsun ki, yeni istifadəçi interfeysinin nə zaman istifadəyə veriləcəyi barəsində dəqiq bir məlumat yoxdur.


    Çox güman ki, hazırlanan yeni interfeys gələn il təqdim olunacaq. Heç istisna deyil ki, o, Huawei P50 smartfon seriyası ilə birlikdə təqdim olunsun. Belə ki, məlumata əsasən Huawei P50 seriyasının smartfonları məhz HarmonyOS 2.0 əməliyyat sisteminə sahib olacaqlar. Qeyd etmək lazımdır ki, HarmonyOS 2.0 Developer Beta proqramına P40, P40 Pro, Mate 30, Mate 30 Pro smartfonları və MatePad Pro planşeti daxil olublar. HarmonyOS 2.0-ı hal hazırda yalnız Çindən olan istifadəçilər test edə bilərlər.

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


HarmonyOS 2.0 əməliyyat sisteminin qlobal versiyasının nə zaman istifadəyə veril..

Huawei şirkəti özünün HarmonyOS 2.0 əməliyyat sisteminin qlobal bazarda istifadəyə verilməsinə hazır..


Bütün dünyada istifadə olunan ən məşhur Android versiyasının adı məlum olub..

Android Studio-nun məlumatlar bazasında Android əməliyyat sisteminin müxtəlif versiyalarının məşhurl..


Əfsanəvi Winamp playeri yeni dizaynda geri qayıdır

2000-ci illərin əvvəllərində kompüterlərdə çox məşhur olmuş Winamp playeri geridönüşə hazırlaşır...


Google Chrome-un Android versiyası daha sürətlə çalışır və daha az RAM yaddaşınd..

Google bildirib ki, bəzi optimizasiya prosesləri sayəsində Chrome brauzerinin Android versiyası RAM ..


Apple istifadəçiləri ölümdən öncə yeni funksiya vasitəsilə məlumatlarını yaxınla..

Apple şirkəti bir neçə müddət bundan öncə iOS 15.2 əməliyyat sisteminin hamı üçün nəzərdə tutulmuş b..


Microsoft təhsil sahəsi üçün nəzərdə tutulmuş Windows 11 SE-ni təqdim edib..

Microsoft şirkəti Windows 11-in tələbələr və məktəblilər üçün nəzərdə tutulmuş xüsusi versiyasını tə..

×