Huawei şirkəti HarmonyOS 2.0-ın smartfonlara nə zaman çıxacağını elan edib

Huawei şirkəti HarmonyOS 2.0-ın smartfonlara nə zaman çıxacağını elan edib

Əməliyyat sistemləri
15.12.2020 PAYLAŞIM

    ABŞ hökuməti Huawei-yə qarşı sanksiyalar tətbiq edəndən sonra şirkət HarmonyOS adlı fərdi əməliyyat sistemini təqdim etmişdi. Bu əməliyyat sisteminin ilk versiyası artıq aktiv şəkildə smart televizorlara və müxtəlif məişət texnikasına inteqrasiya edilir. İndi isə Huawei şirkəti HarmonyOS 2.0-ın smartfonlara nə zaman inteqrasiya ediləcəyini açıqlayıb. Bu barədə 4pda saytı xəbər verib.

    Huawei şirkətinin təmsilçisi bu məsələ ilə bağlı elanı Weibo sosial şəbəkəsində verib. Onun sözlərinə əsasən HarmonyOS 2.0-ın beta versiyası artıq sabah tərtibatçılar üçün təqdim olunacaq. Bundan əlavə olaraq əməliyyat sisteminin beta versiyasının təqdim olunacağı gün şirkət xüsusi konfrans keçirdəcək və həmin konfransda HarmonyOS 2.0 əsasında tərtibatçılıq alətləri və yenilənmələrin nə zaman təqdim olunacağı üzrə məlumatlar verəcək.


    Gözləntilərə əsasən HarmonyOS 2.0-ın beta versiyası sabah Mate 40 seriyasında aktiv olacaq. Bu əməliyyat sistemi perspektiv cəhətdən Kirin 9000, Kirin 990 5G, Kirin 990, Kirin 985, Kirin 980, Kirin 820, Kirin 810 Kirin 710 prosessorları vasitəsilə çalışan smartfonlarda aktiv ola bilər. Daha əvvəllər şirkət qeyd etmişdi ki, prioritetdə EMUI 11 interfeysi ilə çalışan Huawei smartfonlarıdır.

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Windows 10-da olan Timeline funksiyasının imkanları məhdudlaşdırılacaq

Öz əməliyyat sisteminin təkimlləşdirilməsilə məşğul olan Microsoft şirkəti Windows 10-nun növbəti ve..


Xiaomi: 'Android 11 son illərin ən problemli əməliyyat sistemidir'

Xiaomi bildirib ki, son il ərzində MIUI istifadəçi interfeysi əvvəlki illərlə müqayisədə daha çox də..


Android 12-nin nə zaman təqdim olunacağı məlum olub

Google şirkəti şifrələnmiş mesaj yayımlayıb və həmin mesajda hər il keçirilən Google I/O tədbirinin ..


Xiaomi şirkəti MIUI 12.5-i ilk əldə edəcək smartfonların siyahısını təqdim edib..

Xiaomi şirkəti özünün yeni MIUI 12.5 istifadəçi interfeysinin istifadəyə verilmə planları barəsində ..


Tim Cook iOS-də olan əsas məhdudiyyətlərdən birinin səbəbini açıqlayıb..

The New York Times ilə baş tutmuş böyük müsahibə çərçivəsində Apple şirkətinin CEO-su Tim Cook elekt..


Google Android tətbiqlər üçün təhlükəsizlik şərtlərini daha da sərtləşdirəcək..

Google şirkətinin fikrincə tərtibatçılar daha dürüst olmalıdırlar və öz rəqibləri ilə istifadəçiləri..

×