
Huawei şirkəti HarmonyOS 2.0 mobil əməliyyat sisteminin ilk beta versiyasını istifadəyə verib. Bu, Huawei smartfonlarında Android-ə alternativ variant kimi qismində çıxış etməlidir. Bundan əlavə olaraq şirkət HarmonyOS 2.0-ın ilk beta versiyasını əldə edəcək smartfonların siyahısını təqdim edib. Bununla yanaşı sözügedən əməliyyat sisteminin Huawei P40-da necə çalışdığı barəsində video artıq internetdə ortaya çıxıb. Bu barədə 4pda saytı xəbər verib. Beləliklə ortaya çıxmış videoya əsasən HarmonyOS 2.0 minimalistik dizaynda hazırlanıb.
Bununla belə tətbiqlərin işə salınması və sonlandırılması zamanı ortaya çıxan animasiya ilə effektlər də aydın şəkildə görünürlər. Multitasking rejimində əməliyyat sistemi problemsiz və donmadan çalışıb. Əməliyyat sisteminin interfeysi isə EMUI istifadəçi interfeysini təkrarlayır. Huawei bildirib ki, tərtibatçılardan sonra yanvar ayının sonuna kimi adi istifadəçilər də əməliyyat sisteminin beta versiyasını yoxlaya biləcəklər. Huawei P30 və P40-da HarmonyOS 2.0-ın yaz fəslində istifadəyə veriləcəyi gözlənilir.
Əməliyyat sisteminin beta versiyasını yaxın zamanda əldə edəcək Huawei smartfonları ilə planşetləri bunlardır: P40, P40 Pro, Mate 30, Mate 30 Pro smartfonları və MatePad Pro planşetləri. Şirkət bildirib ki, artıq gələn il onun smartfonları, daşınıla bilən cihazları, smart ekranları və digər cihazları HarmonyOS 2.0 əməliyyat sisteminə sahib olacaqlar. Bu əməliyyat sistemini qutudan əldə edəcək ilk smartfon isə Huawei P50 olmalıdır.
Şərh yoxdur