
HyperOS-i əldə edəcək smartfonların siyahısı genişləndirilib
Əməliyyat sistemləri
27.11.2023
Emil
Xiaomi şirkəti HyperOS istifadəçi interfeysini əldə edəcək smartfonların siyahısını genişləndirib. Genişləndirilmiş siyahı Çinin Weibo adlı sosial şəbəkəsində təqdim edilib. Beləliklə genişləndirilmiş siyahıya əsasən HyperOS istifadəçi interfeysini əlavə olaraq Xiaomi 12 Pro, Xiaomi 12 Pro, Xiaomi 12, Xiaomi 12S Ultra, Xiaomi 12S Pro, Xiaomi 12S, Xiaomi 12 Pro Dimensity Edition, Redmi K50, Redmi K50 Pro, Redmi K50 Extreme Edition və Redmi K50 E-Sports Edition smartfonları əldə edəcəklər. Bununla yanaşı şirkət bildirib ki, yeni istifadəçi interfeysini həmçinin 12.4 düym ekranlı Xiaomi Pad 5 Pro planşeti də əldə edəcək. Məlumatda qeyd edilib ki, adları sadalanmış cihazlar üçün HyperOS-in beta versiyası artıq gələn ay istifadəyə veriləcək.
Paylaş
Ən çox oxunanlar

REDMI Turbo 4 Pro subflaqman smartfonu təqdim olunub - QİYMƏTİ
