HyperOS-in tərkibində Android kodu düşünüldüyündən daha azdır
Əməliyyat sistemləri
25.10.2023
Emil
Çinin Weibo adlı sosial şəbəkəsində Xiaomi-nin HyperOS adlı yeni istifadəçi interfeysi barəsində maraqlı bir məlumat ortaya çıxıb. Sözügedən sosial şəbəkənin istifadəçilərindən biri özünü OpenHarmony tədqiqatları və developerliyi üzrə mühəndis kimi təqdim edib və HyperOS-in tərkib hissəsi barəsində bəzi maraqlı faktları açıqlayıb. İstifadəçinin sözlərinə əsasən HyperOS tamamilə Xiaomi mühəndisləri tərəfindən hazırlanıb.
Məlumatda qeyd edilib ki, Xiaomi-nin yeni istifadəçi interfeysinin kodunun 30%-i Android-dən mənimsənilib, 10%-i dərin təkmilləşdirmə nəticəsində hazırlanıb, yerdə qalan 60%-i isə Xiaomi-nin fərdi sistemindən təşkil edilib. İstifadəçi həmçinin qeyd edib ki, Xaiomi gələcəkdə Android-dən tamamilə imtina etməyi və öz əməliyyat sisteminə keçid etməyi planlaşdırır. Qeyd etmək lazımdır ki, HyperOS Xiaomi-nin sabahkı təqdimat tədbirində sərgilənəcək.
Paylaş
Bənzər xəbərlər
Elm & Texnologiya
Xiaomi sabah daha bir smart saatını təqdim edəcək
Xiaomi şirkəti sabah növbəti təqdimat tədbirini keçirəcək. Sabahkı tədbirdə şirkət Xiaomi 14 smartfon seriyasını, Watch S3 smart saatını və HyperOS istifadəçi interfeysini təqdim edəcək.
Cihazlar+
Təqdimatdan bir gün qabaq Xiaomi 14-ün bəzi özəllikləri rəsmi şəkildə təqdim edilib
Xiaomi şirkəti təqdimatdan bir gün öncə Çinin Weibo adlı sosial şəbəkəsindəki hesabında Xiaomi 14-nin özəllikləri barəsində məlumatları fotolar şəklində təqdim edib.
Cihazlar+
Redmi Note 13-ün qlobal versiyası köhnə prosessor ilə təchiz oluna bilər
Xiaomi-nin Redmi brendi sentyabr ayında Çində Redmi Note 13 smartfon seriyasını təqdim etdi.
Elm & Texnologiya
Xiaomi Watch S3 smart saatı barəsində məlumatlar ortaya çıxıb
Xiaomi şirkəti 26 oktyabr tarixində növbəti təqdimat tədbirini keçirəcək.
Digər
Xiaomi 14-ün ardınca Xiaomi 14 Pro da Geekbench testlərindən keçib
Xiaomi 14-ün ardınca Xiaomi 14 Pro-nun Geekbench 6 testlərindən keçdiyi məlum olub.
Ən çox oxunanlar