main-post-cover

    iCloud-un Windows versiyası istifadəçilərin smartfonlarına kənar şəxslərin videolarını yükləyir

    Proqram Təminatı
    Əməliyyat sistemləri
    22.11.2022
    Farid Pardashunas
        Macrumors saytının forumunda iPhone istifadəçiləri iCloud-un Windows üçün nəzərdə tutulmuş versiyasında mövcud olan bug-dan şikayətlənməyə başlayıblar. Onların sözlərinə əsasən iCloud-un Windows versiyası smartfon vasitəsilə çəkilmiş videoları zədələməklə yanaşı onları digər videolar ilə əvəz edir. Bu cür şikayətlər əsasən iPhone 13 Pro iPhone 14 Pro istifadəçiləri tərəfindən gəlir. Onlar qeyd edirlər ki, smartfonlarındakı videoların iCloud-un Windows versiyası ilə sinxronlaşdırılmasından sonra videolardakı kadrlar çox zaman qara fon ilə əvəzlənir.
        Bundan əlavə olaraq bəzi hallarda videolardakı kadrlara kənar videolar əlavə edilir. İstifadəçilərdən biri qeyd edib ki, o, iCloud-da öz materialları əvəzinə kənar şəxslərin videoları ilə fotolarını görüb. Onun fikrincə videolardakı kadrlara əlavə edilən kənar videolar digər iCloud hesablarından olan videolardır. Digər istifadəçilər də bildiriblər ki, onların videolarındakı kadrlarda onlara tanış olmayan şəxslər ortaya çıxır. Lakin bu təsadüfi kadrların mənbəyini dəqiq şəkildə təyin etmək hələ mümkün deyil. iCloud-un Windows-dan silinməsi öz növbəsində bu problemi aradan qaldırmır. Problem iCloud-un Windows 10 Windows 11 versiyaları ilə sinxronlaşdırılması zamanı baş verir. Apple bu məsələyə hələ heç bir fikir bildirməyib.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər