iOS 14-də iPhone-nun çalışma müddəti test edilib (VİDEO)

iOS 14-də iPhone-nun çalışma müddəti test edilib (VİDEO)

Əməliyyat sistemləri
18.09.2020 PAYLAŞIM

    Dünən Apple şirkəti iOS 14 əməliyyat sisteminin final versiyasını istifadəyə verdi. Yeni əməliyyat sistemini son bir neçə ildə satışa çıxmış iPhone modelləri ilə birlikdə iPhone 6s də əldə edib. Sözügedən əməliyyat sisteminin smartfona quraşdırılmasından sonra smartfonun avtonom rejimdə çalışma müddətinin necə dəyişdiyini öyrənmək üçün bloqqerlər iOS 10-dan başlayaraq 5 iOS versiyasını bir iPhone modelində test ediblər. Bu barədə 4pda saytı xəbər verib.

    iAppleBytes Youtube kanalının müəllifləri müxtəlif iOS versiyasına sahib 5 ədəd iPhone 6s smartfonunu test ediblər. Test olunmuş iOS versiyaları arasında iOS 10.3.3, iOS 11.4.1, iOS 12.1, iOS 13.7iOS 14 əməliyyat sistemləri olublar. Testlər keçirilməmişdən əvvəl hər 5 iPhone 6s modeli 100% enerji ilə təmin edilib və ekranın parlaqlıq səviyyəsi 25% təyin edilib. Test zamanı hər bir smartfonda maksimal avtonom rejimdə Geekbench bençmark tətbiqi işə salınıb.


    Test nəticələrinə əsasən ən çox enerji sər edən iOS versiyası iOS 12.1 olub. Belə ki, bu versiyaya sahib iPhone 6s-in enerji səviyyəsi 20%-ə düşən zaman digər smartfonlarda enerji səviyyəsi 50%-dən bir qədər çox olub. Yekun olaraq iOS 12.1-ə sahib iPhone 6s 1 saat 53 dəqiqə, iOS 13.7-yə sahib iPhone 6s 3 saat 3 dəqiqə, iOS 14-ə sahib iPhone 6s 3 saat 4 dəqiqə, iOS 11.4.1-ə sahib iPhone 6s 3 saat 13 dəqiqə, iOS 10.3.3-ə sahib iPhone 6s isə 3 saat 32 dəqiqə enerji saxlayıb. Beləliklə iOS 10.3.3 əməliyyat sistemi daha çox çalışma müddətini sərgiləyib.

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


iPhone istifadəçilərinin 88%-i tətbiqlərin konfidensial məlumatları yığmalarını ..

Aparılmış yeni analitika onu göstərib ki, iOS 14.5-in istifadəyə verilməsindən sonra amerikalı istif..


Microsoft şirkəti Windows 10X-i bilinməyən müddətə kimi təxirə salıb

Büdcəli cihazlar üçün nəzərdə tutulmuş Windows 10X əməliyyat sisteminin bu il istifadəyə veriləcəyi ..


Android tərtibatçıları istifadəçilərə tətbiqlərin hansı məlumatları yığdıqlarını..

Google elan edib ki, Google Play-də xüsusi təhlükəsizlik bölməsi istifadəyə veriləcək və Android üçü..


HarmonyOS-in Google servislərini dəstəklədiyi məlum olub

Keçən ilin sentyabr ayında Huawei şirkəti smartfonlarla və digər smart cihazlarla uyğunlaşa bilən Ha..


Yeni Huawei smartfonlarına HarmonyOS əməliyyat sistemi öncədən quraşdırılacaq..

Digital Chat Station ləqəbli məşhur çinli insayder Huawei şirkətinin HarmonyOS əməliyyat sistemi bar..


Xiaomi yeni MIUI funksiyası sayəsində köhnə smartfonlarını sürətləndirə biləcək..

Digital Chat Station ləqəbli məşhur çinli insayderin verdiyi məlumata əsasən Xiaomi şirkəti MIUI ist..

×