iOS 14-ü hansı iPhone modelləri əldə edəcəklər?

iOS 14-ü hansı iPhone modelləri əldə edəcəklər?

Əməliyyat sistemləri
02.06.2020 PAYLAŞIM

    Bu ay keçiriləcək WWDC 2020 tədbirində Apple şirkəti iOS 14 əməliyyat sistemini təqdim edəcək. Hər il yeni iOS versiyası dəstəyini əldə edən smartfonların sayı azalsa da, insayderlərin məlumatlarına əsasən Apple şirkəti bu il öz müştərilərini sevindərəcək. Belə ki, verilmiş məlumata əsasən iOS 14-ü hətta 5 il bundan öncə satışa çıxmış iPhone modelləri də əldə edəcəklər. Bu barədə Macrumors saytı xəbər verib. İsrailin The Verifier adlı saytının təqdim etdiyi hesabata əsasən iOS 13-ü əldə etmiş bütün iPhone modelləri iOS 14-ü də əldə edəcəklər. Beləliklə iOS 14-ü aşağıdakı iPhone modellərinə quraşdırmaq mümkün olacaq:

- iPhone 6s / 6s Plus


- iPhone SE (2016 / 2020)

- iPhone 7 / 7 Plus

- iPhone 8 / 8 Plus

- iPhone X

- iPhone XR

- iPhone XS / XS Max

- iPhone 11 / 11 Pro / 11 Pro Max.

    Bundan əlavə olaraq insayderlər qeyd ediblər ki, iPhone 6s / 6s Plus və iPhone SE (2016) modelləri üçün iOS 14 əməliyyat sistemi sonuncu rəsmi dəstəklənən əməliyyat sistemi olacaq. Qeyd etmək lazımdır ki, bu il WWDC 2020 online tədbir formatında 22 iyun tarixində baş tutacaq.

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Windows 11-də Android tətbiqlərin necə görünəcəkləri ilə bağlı fotolar ortaya çı..

Bu ayın əvvəlində Microsoft şirkəti Windows 11-in stabil versiyasını rəsmi şəkildə istifadəyə verdi...


Microsoft dəstəklənməyən kompüterlərdə Windows 11-in quraşdırılma təlimatını təq..

Microsoft şirkəti dəfələrlə öz əməliyyat sisteminin müxtəlif təkmilləşdirilmiş versiyalarına qarşı ç..


Windows 11 AMD prosessorlarının performanslarını aşağı salır

AMD şirkəti rəsmi şəkildə təsdiqləyib ki, onun prosessorlarının performansları Windows 11 əməliyyat ..


Windows 11 rəsmi şəkildə istifadəyə verilib

Windows 11 əməliyyat sisteminin stabil versiyası rəsmi şəkildə istifadəyə verilib.


Aparılmış tədqiqata əsasən kompüterlərin çoxu Windows 11-ə keçidə hazır deyil..

Microsoft ilk əvvəldən potensial Windows 11 istifadəçilərinin kompüterləri üçün yüksək tələblər təyi..


İstifadəçilər iOS 15-də artıq ilk sistem xətası ilə qarşılaşıblar

Öz iPhone və iPad modellərinə yeni iOS 15 və iPadOS 15 əməliyyat sistemlərini quraşdırmış istifadəçi..

×