iOS 14.6 yenilənməsindən sonra müxtəlif iPhone modellərində enerji miqdarı sürətlə tükənməyə başlayıb

iOS 14.6 yenilənməsindən sonra müxtəlif iPhone modellərində enerji miqdarı sürətlə tükənməyə başlayıb

Əməliyyat sistemləri
02.06.2021 PAYLAŞIM

    iOS 14.6 əməliyyat sisteminin istifadəyə verilməsindən sonra iPhone istifadəçiləri şikayət etməyə başlayıblar. Belə ki, onlar iOS 14-ün bu yeni versiyasından narazıdırlar. İstifadəçilərin sözlərinə əsasən iOS 14.6-dan sonra onların smartfonlarındakı enerji səviyyəsi tez zamanda tükənməyə başlayıb. Bununla belə bu problem müxtəlif iPhone modellərini əhatə edir. İstifadəçilərin çoxu müxtəlif hallarda batareyanın düzgün çalışmamasından şikayətçidirlər. Belə ki, smartfondan istifadə olunmayanda da onun enerji səviyyəsi sürətlə tükənir.


    Məsələn iPhone 12 istifadəçilərindən biri qeyd edib ki, onun cihazı gecə ərzində 30% enerji itirib. Enerji səviyyəsinin tez zamanda tükənməsi problemi haqqında iPhone XR istifadəçilərindən biri də qeyd edib. İstifadəçilərin əksəriyyəti bildirir ki, onların smartfonları heç axşama kimi enerji saxlaya bilmirlər. Reddit-də ortaya çıxmış məlumatda qeyd edilib ki, iOS 14.6 yenilənməsindən sonra iPhone 12 mini modelində olmuş 98% enerji 6 saat 24 dəqiqə ərzində 1%-ə enib. Yaranmış bu problemin irimiqyaslı olub-olmaması bilimir. Apple şirkəti isə hələ ki, bu məsələyə aydınlıq gətirməyib.

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Nvidia şirkəti Windows 7, 8 və 8.1 üçün qrafik drayverlərin dəstəyini dayandıra..

Nvidia şirkəti Windows 7, 8 və 8.1 əməliyyat sistemləri ilə uyğunlaşan son videokart drayverlərinin ..


Microsoft yeni videosunda növbəti Windows-un adına işarə edib (VİDEO)

24 iyun tarixində baş tutacaq yeni Windows versiyasının təqdimatına az müddət qalmış Microsoft şirkə..


İnsayderlər: Windows 11 Android tətbiqləri işə sala biləcək

24 iyun tarixində Microsoft şirkəti Windows ilə bağlı böyük təqdimat tədbiri keçirdəcək...


Apple şirkəti iOS 15-ə keçid etmək istəməyən istifadəçiləri dəstəkləməyə davam e..

Yenicə təqdim olunmuş iOS 15-in stabil versiyası hələ payız fəslində istifadəyə veriləcək...


iOS 15 və macOS Monterey-i əldə edəcək cihazların rəsmi siyahısı təqdim olunub..

Apple şirkəti dünən tərtibatçılar üçün nəzərdə tutulmuş WWDC 2021 konfransına start vermişdi...


macOS-in Monterey adlı yeni versiyası təqdim olunub

Apple şirkəti WWDC 2021 konfransı çərçivəsində iOS 15-dən başqa həmçinin macOS desktop əməliyyat sis..

×