iOS 14.6 yenilənməsindən sonra müxtəlif iPhone modellərində enerji miqdarı sürətlə tükənməyə başlayıb

iOS 14.6 yenilənməsindən sonra müxtəlif iPhone modellərində enerji miqdarı sürətlə tükənməyə başlayıb

Əməliyyat sistemləri
02.06.2021 PAYLAŞIM

    iOS 14.6 əməliyyat sisteminin istifadəyə verilməsindən sonra iPhone istifadəçiləri şikayət etməyə başlayıblar. Belə ki, onlar iOS 14-ün bu yeni versiyasından narazıdırlar. İstifadəçilərin sözlərinə əsasən iOS 14.6-dan sonra onların smartfonlarındakı enerji səviyyəsi tez zamanda tükənməyə başlayıb. Bununla belə bu problem müxtəlif iPhone modellərini əhatə edir. İstifadəçilərin çoxu müxtəlif hallarda batareyanın düzgün çalışmamasından şikayətçidirlər. Belə ki, smartfondan istifadə olunmayanda da onun enerji səviyyəsi sürətlə tükənir.


    Məsələn iPhone 12 istifadəçilərindən biri qeyd edib ki, onun cihazı gecə ərzində 30% enerji itirib. Enerji səviyyəsinin tez zamanda tükənməsi problemi haqqında iPhone XR istifadəçilərindən biri də qeyd edib. İstifadəçilərin əksəriyyəti bildirir ki, onların smartfonları heç axşama kimi enerji saxlaya bilmirlər. Reddit-də ortaya çıxmış məlumatda qeyd edilib ki, iOS 14.6 yenilənməsindən sonra iPhone 12 mini modelində olmuş 98% enerji 6 saat 24 dəqiqə ərzində 1%-ə enib. Yaranmış bu problemin irimiqyaslı olub-olmaması bilimir. Apple şirkəti isə hələ ki, bu məsələyə aydınlıq gətirməyib.

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Android 12-nin stabil versiyasının çıxışı bir qədər təxirə salınıb

Google şirkəti gözlənilmədən Android 12 əməliyyat sisteminin istifadəyə verilmə müddətində dəyişikli..


Microsoft Windows 11-in istifadəyə verilmə tarixini elan edib

Microsoft rəsmi şəkildə elan edib ki, Windows 11-in işıq üzü görməsinə 1 aydan bir qədər çox vaxt qa..


Microsoft köhnə kompüterlərdə Windows 11-in funksionallığını məhdudlaşdıracaq..

Bir neçə gün bundan öncə Microsoft şirkəti elan etmişdi ki, Windows 11-i hətta köhnə kompüterlərə də..


Windows 11-i köhnə kompüterlərə də quraşdırmaq mümkün olacaq

Microsoft şirkəti istifadəçilərin narazılıqlarını nəzərə alaraq elan edib ki, Windows 11 əməliyyat s..


Apple şirkətinin fotoların skan olunması funksiyası iOS 14.3-də aşkar edilib..

Hələ bir neçə müddət bundan öncə Apple şirkəti iCloud fotoların skan olunması funksiyasını anons etm..


Windows 10 torrent və kriptovalyuta mayninqi tətbiqlərini bloklamağa başlayıb..

Bu ayın əvvəlində Microsoft özünün Defender antivirusunun çalışma siyasətinə dəyişikliklər əlavə etm..

×