iOS 17-də olacaq bəzi yeni funksiyalar barəsində rəsmi məlumatlar verilib

iOS 17-də olacaq bəzi yeni funksiyalar barəsində rəsmi məlumatlar verilib

Əməliyyat sistemləri
17.05.2023 PAYLAŞIM

    Gələn ay Apple şirkətinin tərtibatçılar üçün nəzərdə tutulmuş WWDC 2023 konfransı keçiriləcək. Konfransın keçirilməsinə az müddət qalmış şirkət iOS 17-nin bəzi yeni funksiyaları barəsində məlumatlar verib. Məlumatlarda qeyd edilib ki, iOS 17-də istifadəyə veriləcək yeniliklər əsasən yaşlı insanlar və fiziki məhdudiyyətli istifadəçilər üçün faydalı olacaq. iOS 17-də istifadəyə veriləcək əsas yeniliklərdən biri də Personal Voice adlı funksiya olacaq.


    Sözügedən funksiya danışıq qabiliyyətini itirmə riskinə sahib istifadəçilər üçün nəzərdə tutulub. İstifadəçiyə təqdim edilmiş mətnin 15 dəqiqə ərzində səsli şəkildə oxunması sayəsində süni zəka alqoritmi istifadəçi səsinin rəqəmsal kopyasını yaradır. İstifadəçi isə öz növbəsində gələcəkdə hər hansısa mətni öz səsinin rəqəmsal kopyası vasitəsilə səsləndirə biləcək. Bu funksiya həmçinin FaceTime danışıqlarında da aktiv olacaq. iOS 17 Assistive Access adlı yeni interfeys rejimini əldə edəcək.

    Bu rejim smartfonun müəyyən funksiyalarından istifadəni sadələşdirəcək. Assistive Access adlı rejimin aktivləşdirilməsindən sonra ekrandakı tətbiq ikonlarının ölçüləri böyüyəcək. Bununla yanaşı sözügedən rejim tətbiqlərdəki interfeysi daha sadə və anlaşılan edir. Point and Speak funksiyası sayəsində smartfon kamera vasitəsilə gördüyü yazıları səsləndirə biləcək. Bu funksiya əsasən görmə qabiliyyəti zəif olan istifadəçilər üçün faydalı olacaq.



DAHA ÇOX


iOS 17 ilə iPadOS 17-ni əldə edəcək cihazların rəsmi siyahısı təqdim edilib..

iOS 17 ilə iPadOS 17-nin təqdimatından sonra Apple şirkəti bu əməliyyat sistemlərini əldə edəcək cih..


Apple watchOS 10 əməliyyat sistemi təqdim edilib

iOS 17 və iPadOS 17 ilə birlikdə Apple şirkəti öz smart saatları üçün nəzərdə tutulmuş watchOS 10-u ..


Apple iPadOS 17 əməliyyat sistemi təqdim edilib

iOS 17 ilə yanaşı Apple şirkəti həmçinin iPadOS 17-ni də təqidm edib.


Apple macOS Sonoma əməliyyat sistemi təqdim edilib

Apple şirkəti WWDC 2023 konfransı çərçivəsində Mac kompüterləri üçün nəzərdə tutulmuş macOS 14 Sonom..


Apple iOS 17 əməliyyat sistemi təqdim edilib

Apple şirkəti WWDC 2023 konfransı çərçivəsində iOS 17 əməliyyat sistemini təqdim edib.


Windows 11-in əməliyyat sistemləri bazarındakı payı aşağı düşüb

Statcounter adlı analitik şirkət geridə qalmış ay üzrə Windows versiyalarının istifadəçilər arasında..

×