
iPhone 15 Pro modellərinin ekranlarındakı problemi aradan qaldıran iOS 17.1 yenilənməsi istifadəyə verilib
Əməliyyat sistemləri
26.10.2023
Emil
Apple şirkəti iOS 17.1 yenilənməsinin stabil versiyasının istifadəyə verildiyini elan edib. Sözügedən yenilənmə iPhone 15 Pro modellərinin ekranlarındakı yanma problemini və iPhone 12 modelində elektromaqnit şüalanması problemini aradan qaldırır. Hələ bir neçə müddət bundan öncə məlumat ortaya çıxmışdı ki, iPhone 15 Pro modellərinin ekranlarında təsvirlərin izləri qalır. Bu problem ekranın yanması adını əldə etdi.
Apple bunu iOS 17-dəki sistem xətası ilə əlaqələndirmişdi. iOS 17.1 həmçinin Fransa ərazisində artıq satılmış iPhone 12 modelinin elektromaqnit şüalanması problemini də aradan qaldırıb. Bir neçə həftə bundan öncə Fransanın müvafiq tənzimləyici orqanı bildirmişdi ki, iPhone 12-də elektromaqnit şüalanması göstəricisi normadan yüksəkdir. Nəticədə tənzimləyici orqan Apple şirkətindən bu problemin aradan qaldırmasını tələb etmişdi.
Paylaş
Ən çox oxunanlar

ABŞ ordusu zirehli texnika əvəzinə dronlara üstünlük verəcək
