main-post-cover

    İstifadəçilərin 42%-i Windows 11-ə keçid edə bilməyəcək

    Proqram Təminatı
    Əməliyyat sistemləri
    11.10.2022
    Farid Pardashunas
        Lansweeper adlı şirkət tərəfindən tərtib edilmiş statistika internetdə ortaya çıxıb. Sözügedən statistika Windows əməliyyat sistemi vasitəsilə çalışan 27 milyon ədəd kompüter əsasında tərtib edilib. Statistikaya əsasən Windows 11 çox az sayda kompüterə quraşdırılıb. Lakin bu statistikanın təqdim etmiş olduğu daha bir maraqlı fakt var. Belə ki, statistikaya əsasən Windows vasitəsilə çalışan kompüterlərin 42%-i yalnız bir səbəbə görə Windows 11-ə keçid edə bilmir. Məlumatda qeyd edilib ki, kompüterlərijn 42%-i Windows 11-in sistem tələblərinə uymadığı üçün sözügedən əməliyyat sisteminə kimi yenilənə bilmir. Həmin kompüterlər faktiki olaraq Windows 11 üçün lazımi sistem tələblərinə sahib deyillər.
        1 il bundan öncə bu göstərici 57.26% təşkil edirdi. Kompüterlərin Windows 11-ə kimi yenilənmələrini əngəlləyən əsas səbəb çatışmayan RAM yaddaşıdır. Bu əsas səbəbin faiz göstəricisi 71.5%-dir. İkinci əsas səbəb isə kompüterlərin ana platalarının TPM növ çipləri dəstəkləməmələri və ya prosessorların bu çipin iş prosesini imitasiya edə bilməmələridir. Sözügedən səbəbin faiz göstəricisi isə 14.66% təşkil edir. 13.84% təşkil edən digər səbəblər isə statistikada qeyd edilməyib. Mütəxəssislərin sözlərinə əsasən bu cür statistikanın göstəricilərinə müəyyən müəssisələr təsir göstərirlər.
        Buna misal olaraq mağazaları, sənaye şirkətlərini, dövlət xidmətlərini və s. gətirmək oalr. Bir çox təşkilatların rəhbərlikləri kompüterləri nadir hallarda yeniləyirlər. Hal hazırda dünyada yaşanan istehsalat problemi səbəbilə vəziyyətin yaxın zamanda dəyişməsini gözləmək lazım deyil. Lakin buna baxmayaraq Windows 11-in bazardakı payı genişlənməyə davam edir. Keçən ilin yanvar ayında Microsoft-un yeni əməliyyat sistemi kompüterlərin yalnız 0.25%-nə quraşdırılmışdı. Aprel ayında bu göstərici 1.44%-ə çatmışdı. Hal hazırda isə Windows 11 vasitəsilə çalışan kompüterlərin ümumi faiz göstəricisi 2.61% təşkil edir.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər