
MIUI 12-yə Android və iOS-də olan faydalı funksiya əlavə ediləcək
Əməliyyat sistemləri
28.07.2020
Emil
İstifadəçi interfeyslərinin yeni versiyalarının hazırlanması zamanı şirkətlər çox zaman öz rəqiblərində olan maraqlı funksiyalara diqqət yetirirlər. Bu məsələdə Android və iOS-ə fikir vermək olar. İldən-ilə bu əməliyyat sistemləri bir-birilərinə bənzəyirlər. Xiaomi şirkəti də geridə qalmamaq üçün iOS və Android-də reallaşdırılmış faydalı funksiyanı MIUI 12 istifadəçi interfeysinə inteqrasiya etmək qərarına gəlib. Bu barədə XDA-Developers saytı xəbər verib.
XDA-Developers tərtibatçıları MIUI 12-nin son beta versiyalarında smartfonun arxa panelinə klikləməklə onunla qarşılıqlı əlaqədə olmaq imkanını verən funksiyanı aşkar ediblər. Bu cür funksiya ilin əvvəlində Android 11 betasında və daha sonra iOS 14-də aşkar edilmişdi. Bu funksiya sayəsində istifadəçi smartfonun arxa panelinə klik edərək hansısa tətbiqi və ya smartfon funksiyasını işə sala bilər.
MIUI 12-də bu funksiya iOS 14-dəki kimi çalşacaq. Belə ki, smartfonun arxa panelinə həm iki həm də 3 kliklə müəyyən əməliyyatı yerinə yetirmək mümkün olacaq. Ediləcək kliklərə kameranın işə salınmasını, işıqlandırma sisteminin aktivləşdirilməsini, idarəetmə mərkəzinin və ya bildirişlərin ortaya çıxmasını və screenshot-un yaradılmasını ayarlamaq olar. Bu yeni funksiyanın MIUI 12-yə nə zaman inteqrasiya olunacağı bilinmir.
Paylaş
Bənzər xəbərlər
Ən çox oxunanlar

Süni zəka qlobal pandemiya riskini artıra bilər
