MIUI 12.5 istifadəçi interfeysinin qlobal beta testinə start verilib

MIUI 12.5 istifadəçi interfeysinin qlobal beta testinə start verilib

Əməliyyat sistemləri
04.02.2021 PAYLAŞIM

    Çin regionunda yeni MIUI 12.5 istifadəçi interfeysinin qapalı beta testindən sonra Xiaomi şirkəti onun qlobal beta testini elan edib. Bundan əlavə olaraq şirkət yaxın zamanda yeni istifadəçi interfeysinin stabil versiyasını əldə edəcək smartfonların siyahısını da təqdim edib. Qeyd etmək lazımdır ki, MIUI 12.5 istifadəçi interfeysi dekabr ayında Mi 11 flaqman smartfonu ilə birlikdə təqdim olunmuşdu. Çin regionunda tərtibatçılar üçün keçirilmiş 2 həftəlik beta test mərhələsindən sonra şirkət istifadəçi interfeysinin stabil versiyasının qlobal beta testinə start verib. MIUI 12.5-in testi 1 mart tarixinə kimi keçiriləcək. Yeni istifadəçi interfeysinin testində iştirak edəcək smartfonların siyahısı isə aşağıdakı kimidir.

- Xiaomi Mi 10T / Mi 10T Pro


- Xiaomi Mi 9T

- Xiaomi Mi Note 10

- Xiaomi Mi 9 SE

- Xiaomi Mi 10T Lite

- Xiaomi Mi 10i

- Redmi K20

- Redmi Note 9T

- Redmi Note 9 Pro

- Redmi Note 9 Pro Max

- Redmi Note 9

- Redmi 9

- Redmi 9 Prime

- Redmi 9C

- Redmi 9C NFC

- Redmi 9A

- Redmi Note 8

- Redmi Note 8T

- Redmi 9T

- POCO M2 Pro

- POCO X3

- POCO M2

- POCO C3

- POCO M3.

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Windows 11-ə kimi yenilənmə imkanı artıq qlobal şəkildə istifadəyə verilib..

Microsoft şirkəti Windows 11 yenilənməsinin qlobal şəkildə işə salındığını elan edib.


Apple öz cihazlarının fiziki məhdudiyyətli istifadəçiləri üçün yeni faydalı funk..

Apple şirkəti iPhone, iPad və Watch modelləri üçün genişləndirilmiş yeni funksiyaları anons edib...


iOS 16-nı əldə edəcək iPhone modellərinin siyahısı internetdə ortaya çıxıb..

Apple şirkətinin təqdimata hazırlaşan iOS 16 əməliyyat sistemini əldə edəcək iPhone modellərinin siy..


Android 13-ün ikinci ictimai beta versiyası istifadəyə verilib: Hansı yeniliklər..

Google şirkəti Android 13 əməliyyat sisteminin ikinci ictimai beta versiyasını istifadəyə verib. ..


Windows 11-i rəsmi Microsoft hesabı olmadan istifadə etmək mümkün olmayacaq..

Microsoft öz yeni əməliyyat sistemi olan Windows 11-ə tədricən müəyyən məhdudiyyətləri əlavə edir...


Google Chrome-un Android versiyası oğurlanmış şifrələri avtomatik dəyişmə funksi..

Məşhur Google Chrome brauzerinin mobil versiyası öz yaddaşında istifadəçinin bu və ya digər şifrəsin..

×