MIUI 12.5 nə zaman istifadəyə veriləcək və hansı smartfonlarda dəstəklənəcək? (SİYAHI)

MIUI 12.5 nə zaman istifadəyə veriləcək və hansı smartfonlarda dəstəklənəcək? (SİYAHI)

Əməliyyat sistemləri
02.01.2021 PAYLAŞIM

    Xiaomi şirkəti Mi 11 flaqman smartfonu ilə birlikdə həmçinin MIUI 12.5 adlı yeni istifadəçi interfeysini də təqdim etmişdi. İndi isə bu istifadəçi interfeysinin hansı smartfonlar tərəfindən dəstəklənəcəyi və onun nə zaman istifadəyə veriləcəyi barəsində məlumatlar verilib. Bu barədə 4pda saytı xəbər verib. Təqdimatda qeyd edilmişdi ki, MIUI 12.5-in beta versiyası yanvar ayının ortasında istifadəyə veriləcək. Aşağıdakı siyahıda qeyd edilmiş smartfon modelləri dəqiq şəkildə MIUI 12.5-i əldə etməlidirlər:

- Xiaomi Mi 11


- Xiaomi Mi 10, Mi 10 Pro, Mi 10 Extreme Commemorative Edition, Mi 10 Ultra, Mi 10 Youth Edition

- Xiaomi Mi 9, Mi 9 SE

- Xiaomi Mi CC9e, Mi CC9 Pro

- Redmi K30, K30 5G, K30 Pro, K30i, K30S Ultra, K30 Ultra

- Redmi K20, K20 Pro

- Redmi 10X, 10X Pro

- Redmi Note 9 5G

- Redmi Note 7, Note 7 Pro.

    MIUI 12.5-in stabil versiyası aprel ayının sonundan istifadəçilərə təqdim olunacaq. Həmin vaxtda bu istifadəçi interfeysini Mi 11, Mi 10, Mi 10 Pro və Mi 10 Extreme Commemorative Edition smartfonları əldə etməlidirlər. Digər smartfonlara MIUI 12.5-in stabil versiyasının nə zaman işıq üzü görəcəyi isə bilinmir.

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Windows 10-da Android tətbiqlərin işə salınması funksiyası reallaşdırılacaq..

İnsayderlərin verdikləri məlumata əsasən Microsoft şirkəti yaxın zamanda Windows 10-da Android tətbi..


Huawei şirkəti fərdi proqramlaşdırma dili üzərində çalışır

Huawei özünün software məhsullar portfoliosunu genişləndirməyə hazırlaşır.


Chrome brauzerinin desktop versiyası Android-in faydalı funksiyasını əldə edib..

Anonsdan yarım il keçəndən sonra Chrome brauzerinin desktop versiyası faydalı funksiyanı əldə edib...


HarmonyOS-i əldə edəcək ilk Huawei smartfonları məlum olub

Huawei hələ keçən il təsdiqləmişdi ki, onun smartfonları fərdi HarmonyOS əməliyyat sisteminə keçid e..


Android 12 Developer Preview təqdim olunub

Google şirkəti Android 12-nin tərtibatçılar üçün nəzərdə tutulmuş (Android 12 Developer Preview) ilk..


Android 12-də reallaşdırılacaq yeni funksiya məlum olub

Google şirkəti Android-in yeni versiyasını hələ təqdim etməyib. Lakin internetdə onun barəsində məlu..

×