main-post-cover

    MIUI 13-ü ilk əldə edəcək smartfonların siyahısı ortaya çıxıb

    Proqram Təminatı
    Əməliyyat sistemləri
    22.09.2021
    Farid Pardashunas
        Bu ilin sonunda Xiaomi-nin yeni MIUI 13 istifadəçi interfeysini təqdim edəcəyi gözlənilir. Çox güman ki, yeni istifadəçi interfeysi Xiaomi 12 flaqman smartfonu ilə birlikdə təqdim olunacaq. Lakin artıq indi MIUI 13-ü ilk əldə edəcək smartfonların siyahısı ortaya çıxıb. Heç gözlənilmədən siyahıya 2019-cu ildə satışa çıxmış Mi Note 10 Mi Note 10 Pro smartfonları daxil olublar. Qeyd etmək lazımdır ki, bu smartfonlar Avropa bazarında 108 MP-lik kamera ilə satışa çıxmış ilk smartfonlar olublar. Lakin maraqlısı ondadır ki, bu siyahya bir neçə müddət bundan öncə təqdim edilmiş Xiaomi 11T11T Pro smartfonları daxil olmayıblar. Buna baxmayaraq sözügedən smartfonlar üçün də tez zamanda MIUI 13 interfeysinin istifadəyə veriləcəyi gözlənilir. Beləliklə MIUI 13-ü ilk əldə edəcək smartfonların siyahısı aşağıdakı kimidir:
    - Xiaomi Mi 11
    - Xiaomi Mi 11 Pro
    - Xiaomi Mi 11 Ultra
    - Xiaomi Mi 11X
    - Xiaomi Mi 11X Pro
    - Xiaomi Mi 11 Lite 5G
    - Xiaomi Mi 10
    - Xiaomi Mi 10 Pro
    - Xiaomi Mi 10 Ultra
    - Xiaomi Mi 10T
    - Xiaomi Mi 10T Pro
    - Xiaomi Mi 10T Lite
    - Xiaomi Mi Note 10 Lite.
    Heç şübhəsiz yaxın gələcəkdə bu siyahıya həmçinin Xiaomi 11T, Xiaomi 11T Pro, Xiaomi 11 Lite 5G NE, Mi 11 Lite 4GMi11i smartfonları da daxil olacaqlar.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər