main-post-cover

    MIUI 14 barəsində yeni məlumatlar və fotolar ortaya çıxıb

    Proqram Təminatı
    Əməliyyat sistemləri
    02.12.2022
    Emil Nəcəfov
        8 dekabr tarixində Xiaomi şirkəti Xiaomi 13 smartfon seriyasını təqdim edəcək. Onunla birlikdə həmçinin MIUI 14 istifadəçi interfeysinin də təqdim ediləcəyi gözlənilir. İndi isə internetdə MIUI 14-də olacaq bəzi yeniliklər barəsində məlumatlar və istifadəçi interfeysinin fotoları ortaya çıxıb. Qeyri-rəsmi məlumatlara əsasən MIUI 14-də 16 ədəd sistem tətbiqi istisna olmaqla digər bütün tətbiqləri silmək imkanı reallaşdırılacaq. Bununla yanaşı Gallery tətbiqinə foto və videoların Google Photos servisi ilə sinxronlaşdırılması funksiyası əlavə ediləcək. Məlumata əsasən MIUI 14-də aşağıdakı yeniliklər istifadəyə veriləcək:
    - Köpük formasında ortaya çıxan yeni növ bildirişlər
    - APK vasitəsilə tətbiqlərin quraşdırılması üçün nəzərdə tutulmuş təkmilləşdirilmiş ayarlar
    - İnkoqnito rejimində ekran videosunun çəkilişi zamanı səsin yazılması imkanının deaktiv edilməsi
    - Smartfona qoşulu olan cihazları əks etdirən kartlar
    - Vidjetlərin əlavə edilməsi üçün yeni menyu.
        Məlumata əsasən istifadəçi interfeysi daxilində diqqət çəkəcək dəyişikliklər də reallaşdırılacaq. Məsələn smartfonun sistemində qutudan olan tətbiqləri daha sürətlə çalışacaqlar, smartfon yaddaşında daha az yer tutacaqlar və daha az enerji sərfiyyatına sahib olacaqlar. Bununla yanaşı MIUI 14-də konfidensiallıq ayarları da genişləndiriləcək. Məlumatda qeyd edilib ki, sistemin 30-dan çox funksiyası hansısa məlumatların Xiaomi serverlərinə ötürülməsi tələbini artıq etməyəcəklər və onlar lokal şəkildə çalışacaqlar. MIUI 14-ü ilk əldə edəcək smartfonların qeyri rəsmi siyahısı:
    Linki kopyala