
MIUI 14 istifadəçi interfeysində reklam elanları aradan qaldırıla bilər
Əməliyyat sistemləri
10.11.2022
Emil
Xiaomi smartfonlarından istifadə edənlərin çoxu artıq uzun müddətdir ki, MIUI interfeysində reklam elanlarının deaktiv ediləcəyi günü gözləyirlər. Təbii ki, internetdə MIUI daxilindəki reklamlardan azad olmağın müxtəlif üsulları var. Lakin elə istifadəçilər var ki, vaxtlarını həmin üsulların yerinə yetirilməsinə sərf etmək istəmirlər. Ortaya çıxmış məlumata əsasən MIUI 14 istifadəçi interfeysinin istifadəyə verilməsi ilə istifadəçilər reklam elanlarından azad olmaq üçün müxtəlif üsullardan istifadə etməli olmayacaqlar.
Verilmiş məlumata əsasən MIUI 14 daxilində reklam elanları ümumiyyətlə olmayacaq. Bu öz növbəsində yeni istifadəçi interfeysində reallaşdırılacaq əsas yeniliklərdən biri olacaq. Lakin bununla yanaşı MIUI 14 digər yenilikləri də təqdim edəcək. Verilmiş məlumatda qeyd edilib ki, MIUI 14-də çoxlu sayda yeni funksiya istifadəyə veriləcək, orijinal Xiaomi tətbiqləri yenilənəcək və istifadəçi interfeysinin stabil şəkildə çalışma özəlliyi yaxşılaşdırılacaq. Qeyd etmək lazımdır ki, MIUI 14-ü ilk əldə edəcək smartfonlar Xiaomi 13 və Xiaomi 13 Pro olacaqlar. Bu smartfonların bu ay və ya gələn ay təqdim olunacağı gözlənilir.
Paylaş
Bənzər xəbərlər
Ən çox oxunanlar

Honor X70-in 4 gövdə rəngində fotoları təqdim edilib
