Meizu şirkəti HarmonyOS əməliyyat sisteminə sahib smart saat təqdim edəcək

Meizu şirkəti HarmonyOS əməliyyat sisteminə sahib smart saat təqdim edəcək

Əməliyyat sistemləri
28.05.2021 PAYLAŞIM

    Huawei şirkəti özünün HarmonyOS adlı fərdi əməliyyat sistemini sürətlə inkişaf etdirir. Artıq bu il şirkət özünün milyonlarla cihazını bu əməliyyat sisteminə keçirtməyi planlaşdırır. Bununla yanaşı Huawei ümid edir ki, Çindən olan digər şirkətlər də HarmonyOS-ə keçiddə maraqlı olacaqlar. Keçən həftə Huawei bildirmişdi ki, Çindən olan minimum 3 şirkət öz məhsullarını sözügedən əməliyyat sisteminə keçirtməyə maraq göstərir. Həmin vaxtda söhbətin hansı şirkətlərdən getdiyi məlum deyil idi. Lakin indi onlardan birinin adı məlumdur.

    Söhbət, Meizu şirkətindən gedir. Belə ki, Meizu şirkətinin təqdim etmiş olduğu reklam bannerinə əsasən şirkət 31 may tarixində smart saat modellərini təqdim edəcək və onların əsas üstünlüklərindən biri HongMeng OS olmalıdır. Qeyd etmək lazımdır ki, Çində HarmonyOS-in adı məhz HongMengOS kimi istifadə olunur. Heç istisna deyil ki, şirkət təqdimat çərçivəsində sadəcə olaraq gələcəkdə HarmonyOS əməliyyat sisteminə sahib smart saatları istehsal etmək istəyini elan etsin.


Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Nvidia şirkəti Windows 7, 8 və 8.1 üçün qrafik drayverlərin dəstəyini dayandıra..

Nvidia şirkəti Windows 7, 8 və 8.1 əməliyyat sistemləri ilə uyğunlaşan son videokart drayverlərinin ..


Microsoft yeni videosunda növbəti Windows-un adına işarə edib (VİDEO)

24 iyun tarixində baş tutacaq yeni Windows versiyasının təqdimatına az müddət qalmış Microsoft şirkə..


İnsayderlər: Windows 11 Android tətbiqləri işə sala biləcək

24 iyun tarixində Microsoft şirkəti Windows ilə bağlı böyük təqdimat tədbiri keçirdəcək...


Apple şirkəti iOS 15-ə keçid etmək istəməyən istifadəçiləri dəstəkləməyə davam e..

Yenicə təqdim olunmuş iOS 15-in stabil versiyası hələ payız fəslində istifadəyə veriləcək...


iOS 15 və macOS Monterey-i əldə edəcək cihazların rəsmi siyahısı təqdim olunub..

Apple şirkəti dünən tərtibatçılar üçün nəzərdə tutulmuş WWDC 2021 konfransına start vermişdi...


macOS-in Monterey adlı yeni versiyası təqdim olunub

Apple şirkəti WWDC 2021 konfransı çərçivəsində iOS 15-dən başqa həmçinin macOS desktop əməliyyat sis..

×