Microsoft bulud servisdə işə düşən Windows 365 adlı əməliyyat sistemini təqdim edib (VİDEO)

Microsoft bulud servisdə işə düşən Windows 365 adlı əməliyyat sistemini təqdim edib (VİDEO)

Əməliyyat sistemləri
15.07.2021 PAYLAŞIM

    Microsoft-un yeni servisi desktop əməliyyat sistemini bulud servisdə istifadə etmək imkanını verir. Funksionallıq cəhətdən o, lokal əməliyyat sistemindən fərqlənmir. Bundan əlavə olaraq virtual əməliyyat sisteminə internet bağlantısı olan istənilən cihazdan keçid etmək olar. Bura həmçinin smartfonlar da daxildirlər. Yeni servis Zero Trust prinsipi əsasında qurulub. Yəni bütün məlumat cihazda deyil bulud servisdə saxlanılır. Bundan əlavə olaraq Windows 365 personal hesablamalara aid Cloud PC adlı hibrid texnologiyadan istifadə edir. Bu texnologiya isə həm server resurslarını həm də servisin işə düşdüyü cihazın gücünü istifadə edir. Nəticədə bütün sistemin maksimal performans gücü təmin edilir.


    Microsoft şirkəti Windows 365-i müxtəlif təşkilatlar üçün nəzərdə tutulmuş hazır məhsul kimi qiymətləndirir. Belə ki, müxtəlif təşkilatların əməkdaşları bulud sistem vasitəsilə istənilən yerdən çalışa bilərlər və bu halda onlar korporativ məlumatların təhlükəsizlikləri barəsində narahatçılıq yaşamayacaqlar. Microsoft-un sözlərinə əsasən sözügedən servis bir sıra aparıcı prinsip üzərində qurulub. İlk növbədə sistem maksimal performansı təqdim etməlidir. Ani yüklənmə sayəsində istifadəçilər istənilən tətbiqi, məlumatları və ayarları bulud servisdən cihazlara daşıya bilərlər. Tərtibatçılar həmçinin elə ediblər ki, bulud servisdən istifadə maksimal dərəcədə sadə olsun və heç bir ciddi ayarlanmanı tələb etməsin.

    Servisin alqoritminin işə düşməsi prosesi və sistemin ümumi yenilənmələri sadələşdirilib. Ən əsas məqam isə ondan ibarətdir ki, Windows 365-i yaradan zaman tərtibatçılar məlumatların təhlükəsizliklərinə xüsusi diqqət ayırıblar. Məlumatların cihazlarda deyil uzaqda yerləşən serverlərdə saxlandıqları üçün onlar üçüncü tərəflərdən gizlədiliblər. Windows 365-in ictimai versiyası 2 avqust tarixində istifadəyə veriləcək. Məlumata əsasən istifadəçilər 8 nüvəli CPU-ya, 16 GB RAM-a və 512 GB daxili yaddaş həcminə sahib virtual PC əldə edəcəklər. Yeni servis abunəlik sistemi vasitəsilə çalışacaq. Abunəlik tarifləri və onların qiymətləri barəsində məlumat isə daha sonra veriləcək.

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Uzun müddət ərzində aktiv olmayan tətbiqlər və tərtibatçıların hesabları Google ..

Google şirkəti Google Play platformasının çalışma siyasətində dəyişikliklərin olduğunu elan edib...


Google iOS-dən Android-ə rahat keçid üçün xüsusi tətbiq üzərində çalışır..

İnsayderlərin verdikləri məlumata əsasən Google şirkəti iOS istifadəçilərinin Android-ə maksimal dər..


Windows 11 yenilənmələri arasındakı zaman intervalı daha böyük olacaq

Microsoft şirkəti Windows 11 barəsində məlumatlar təqdim etməyə davam edir.


Google yaxın zamanda Android Jelly Bean-in dəstəyini dayandıracağını elan edib..

İstifadəyə verilməsindən 9 il sonra Google şirkəti Android Jelly Bean əməliyyat sisteminin dəstəyini..


Windows 7 istifadəçiləri Windows 11-i daha qəliz üsul ilə əldə edəcəklər..

Microsoft şirkəti Windows 11 əməliyyat sisteminin kompüterlərə quraşdırılması barədə məlumatlar verm..


Android 12-ni əldə edəcək Xiaomi smartfonlarının siyahısı ortaya çıxıb..

İnternetdə hansı Xiaomi, Redmi, POCO və Black Shark smartfonlarının Android 12-ni əldə edəcəkləri ba..

×