Microsoft-dan 'cəld' addım: 17 il sonra Windows Server-dəki boşluq aradan qaldırıldı
Proqram Təminatı
Əməliyyat sistemləri
18.07.2020
Nijat Hamid
Microsoft şirkəti Windows Server əməliyyat sistemində keçən May ayında çox ciddi kritik təhlükəsizlik boşluğu aşkarladı. Bu boşluq Check Point şirkəti tərəfindən Microsoft-a bildirilmişdi. Rəsmilərin dediklərinə görə bu boşluq vasitəsilə hackerlər şirkətlərin bütün data mərkəzlərinə daxil ola bilər. İşin qəribə tərəfi 10.səviyyə olaraq qiymətləndirilən bu kritik sistem boşluğunun əslində 17 ildir var olan bir başqa boşluq səbəbilə ortaya çıxmasıdır.
Bildirilən məlumatlara görə bu boşluq vasitəsilə şirkətlərin internet infrastrukturu hackerlər üçün açıq qapı vəziyyətinə çevrilirdi.
Check Point tərəfindən verilən məlumata görə bu kritik sistem boşluğu 2003-2020 arası çıxan bütün Windows Server əməliyyat sistemlərini əhatə edir. Həmçinin bu təhlükəsizlik problemi səbəbilə hackerlər sistemlərə daxil olaraq uzaqdan kodları aktivləşdirə bilir. Microsoft tərəfindən verilən məlumata görə şirkət bu boşluq üçün yenilənmə paketini yayımlayıb. Lakin Windows Server sistemləri avtomatik yenilənmədiyi üçün istifadəçilərin özlərinin etməsi gərəkdir.
Linki kopyala
Həftənin xəbərləri
Whatsapp yaxın zamanda 2 yeni funksiyanı əldə edəcək
Qutusu açılmamış birinci nəsil iPhone modeli 15 Pro Max-dan təxminən 80 qat baha qiymətə satılıb!