
Microsoft əfsanəvi WordPad tətbiqini deaktiv edəcək
Əməliyyat sistemləri
04.09.2023
Emil
İstifadəyə verildiyi vaxtdan 28 il sonra Microsoft şirkəti WordPad tətbiqini ləğv etməyi qərara alıb. Bu barədə məlumat şirkətin yenilənmiş dokumentasiyasında əks olunub. Şirkət bildirib ki, WordPad bundan sonra yeni funksiyaları və yenilənmələri əldə etməyəcək. Üstəlik növbəti Windows yenilənməsi WordPad-ı əməliyyat sistemindən tamamilə siləcək. Onun yerinə Microsoft Word və ya Notepad tətbiqlərindən birini istifadə etməyi məsləhət görür. Qeyd etmək lazımdır ki, şirkət WordPad tətbiqini 28 il bundan öncə anons etmişdi və o, Microsoft Write adlı mətn redaktorunun davamçısı hesab edilirdi. WordPad ilk dəfə Windows 95-in tərkibində istifadəyə verilmişdi. Həmin vaxtdan bu tətbiq bütün Windows versiyalarında mövcud olub.

Paylaş
Bənzər xəbərlər
Ən çox oxunanlar

Samsung Galaxy Watch 8, Watch 8 Classic və Watch Ultra 2025-in render fotoları təqdim edilib
