Microsoft gələn il Internet Explorer-in dəstəyini tamamilə dayandıracaq

Microsoft gələn il Internet Explorer-in dəstəyini tamamilə dayandıracaq

Əməliyyat sistemləri
21.05.2021 PAYLAŞIM

    Microsoft şirkəti öz rəsmi bloqunda Internet Explorer brauzerinin dəstəyinin nə zaman dayandırılacağını açıqlayıb. Məşhur brauzerin dayandırılacağı tarixdə onun 27 yaşı tamam olacaq. Qeyd etmək lazımdır ki, Internet Explorer-in ilk versiyası 1995-ci ildə təqdim olunmuşdu. Beləliklə şirkət sözügedən brauzerin dəstəyini 15 iyun 2022-ci il tarixində tamamilə dayandıracaq. Bununla belə şirkət onun yüklənməsini qeyri mümkün etməklə yanaşı həmçinin brauzeri Windows 10-nun bəzi versiyalarının tərkiblərindən də çıxardacaq.

    “Windows 10-da Internet Explorer-i Microsoft Edge əvəz edəcək. Internet Explorer 11-in desktop versiyası öz işini dayandırır və 15 iyun 2022-ci il tarixində onun dəstəyi tamamilə dayandırılacaq” - deyə şirkət rəsmisi qeyd edib. Bu məsələdə şirkət biznes sektoru istisna edəcək. Belə ki, əməliyyat sisteminin bəzi korporativ versiyalarında brauzer müəyyən müddət ərzində çalışmağa davam edəcək.


    Buna baxmayaraq Microsoft Internet Explorer-dən istifadə edən korporativ müştərilərinə Edge brauzerinin xüsusi versiyasına keçidi təklif edir. Həmin xüsusi versiya Internet Explorer ilə uyğunlaşma özəlliyinə sahibdir və onun dəstəyi 2029-cu ilə kimi davam etdiriləcək. Qeyd etmək lazımdır ki, Internet Explorer-dən imtinanı Microsoft hələ 2015-ci ildə anons etmişdi. Həmin vaxtdan şirkət bu brauzerin funksionallığını tədricən məhdudlaşdırır. Statistikaya əsasən Internet Explorer-in brauzerlər bazarındakı payı 0.71% təşkil edir.

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Nvidia şirkəti Windows 7, 8 və 8.1 üçün qrafik drayverlərin dəstəyini dayandıra..

Nvidia şirkəti Windows 7, 8 və 8.1 əməliyyat sistemləri ilə uyğunlaşan son videokart drayverlərinin ..


Microsoft yeni videosunda növbəti Windows-un adına işarə edib (VİDEO)

24 iyun tarixində baş tutacaq yeni Windows versiyasının təqdimatına az müddət qalmış Microsoft şirkə..


İnsayderlər: Windows 11 Android tətbiqləri işə sala biləcək

24 iyun tarixində Microsoft şirkəti Windows ilə bağlı böyük təqdimat tədbiri keçirdəcək...


Apple şirkəti iOS 15-ə keçid etmək istəməyən istifadəçiləri dəstəkləməyə davam e..

Yenicə təqdim olunmuş iOS 15-in stabil versiyası hələ payız fəslində istifadəyə veriləcək...


iOS 15 və macOS Monterey-i əldə edəcək cihazların rəsmi siyahısı təqdim olunub..

Apple şirkəti dünən tərtibatçılar üçün nəzərdə tutulmuş WWDC 2021 konfransına start vermişdi...


macOS-in Monterey adlı yeni versiyası təqdim olunub

Apple şirkəti WWDC 2021 konfransı çərçivəsində iOS 15-dən başqa həmçinin macOS desktop əməliyyat sis..

×