Logo
    main-post-cover

    Microsoft iCloud Photos-un Windows 11 ilə sinxronlaşdırılmasına start verib

    Əməliyyat sistemləri
    10.11.2022
    Emil
        Microsoft şirkəti iCloud Photos-un Windows 11 ilə sinxronlaşdırılmasına start verib. Beləliklə istifadəçilər Windows-da yenilənmiş Photos tətbiqini əldə edəcəklər və həmin tətbiqdə iCloud Photos ilə sinxronlaşma üçün onlar Apple hesablarını əlavə edə biləcəklər. Windows-dakı Photos tətbiqini yeniləmək üçün istifadəçilər sadəcə olaraq tətbiqin Microsoft Store mağazasındakı səhifəsinə daxil olmalı və yeniləmək düyməsinə klikləməlidirlər.
        Əgər yeniləmək düyməsi mövcud olmasa, deməli bir qədər gözləmək lazım gələcək. Ola bilsin ki, şirkət bu yeni funksiyanı tədricən istifadəyə verir. Photos tətbiqi yenilənəndan sonra isə ona daxil olmaq və tətbiq daxilində əlavə olaraq iCloud hesaba daxil olmaq lazım gələcək. iCloud hesaba daxil olandan sonra isə istifadəçi Windows Photos ilə sinxronlaşdırmaq istədiyi fotoları və ya albomları seçə biləcək.
    Paylaş
    Bənzər xəbərlər