Microsoft şirkəti Windows 10-nun əldə edəcəyi yeni funksiyalardan danışıb
Proqram Təminatı
Əməliyyat sistemləri
04.09.2020
Farid Pardashunas
Microsoft şirkəti öz bloqunda Windows 10-dakı funksiyaları əhatə edəcək dəyişikliklərdən danışıb. Əlavə ediləcək dəyişikliklər istifadəçinin əməliyyat sistemi ilə qarşılıqlı əlaqəsini sadələşdirmək və sosial şəbəkələr ilə müxtəlif messencerlərdən istifadə edənlər üçün nəzərdə tutulub. Bu barədə Engadget saytı xəbər verib. Beləliklə Windows 10-nun 2020 nömrəli versiyasında Tenor servisinin məlumatlar bazasından olan mətnlərdə sürətli düymələr vasitəsilə GIF animasiyaların yerləşdirilməsi imkanı reallaşdırılacaq. Lazımi GIF animasiyanı isə açar söz və ya hashtag vasitəsilə tapmaq mümkün olacaq.
Bununla yanaşı Microsoft şirkəti mətnin səs vasitəsilə daxil edilməsi funksiyasının server tərəfini təkmilləşdirəcək. Şirkət əsasən səsin daha yaxşı təyin olunmasını, nitqin mətn formatına keçirilməsinin sürətinin artırılmasını, nitqin mətn formatına keçirilməsini dayandırmaq və ya ləğv etmək üçün səsli əmrləri və səsli əmrlər vasitəsilə müəyyən sözləri seçməyi və ya silməyi reallaşdıracaq. Funksiyanı Win + H kombinasiyası vasitəsilə işə salmaq mümkün olacaq. Sözügedən funksiyaları özündə birləşdirəcək Windows 10 yenilənməsinin nə zaman təqdim olunacağı barəsində məlumat daha sonra veriləcək.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Həftənin xəbərləri
Huawei Pura 70 və Pura 70 Pro təqdim olunublar - QİYMƏTİ
Telegram-ın yaradıcısı Pavel Durov geniş müsahibə verib (VİDEO)