Microsoft şirkəti Windows 10X-i gecikdirə bilər: Əməliyyat sistemi nə zaman istifadəyə veriləcək?

Microsoft şirkəti Windows 10X-i gecikdirə bilər: Əməliyyat sistemi nə zaman istifadəyə veriləcək?

Əməliyyat sistemləri
21.07.2020 PAYLAŞIM

    Microsoft şirkəti Windows 10X-i keçən il anons etmişdi. Lakin buna baxmayaraq sözügedən əməliyyat sistemi hər dəfə təxirə salınırdı. Yeni məlumat sızıntısı isə Windows 10X-in təqribi çıxış tarixini özündə birləşdirir. Bundan əlavə olaraq insayderlərin sözlərinə əsasən istifadəçiləri bir sıra xoş olmayan sürprizlər gözləyir. Bu barədə Slashgear saytı xəbər verib.

    İlkin olaraq güman edilirdi ki, Windows 10X-i ilk əldə edəcək cihaz Surface Neo hibrid planşeti olacaq. Lakin sonradan şirkətin planları dəyişdi. Belə ki, şirkət əməkdaşının sözlərinə əsasən Windows 10X ilk növbədə 1 ekranlı cihazlarda istifadəyə veriləcək. Bununla yanaşı Zdnet saytının verdiyi məlumata əsasən 1 ekranlı cihazlar üçün nəzərdə tutulmuş Windows 10X 2021-ci ilin yaz fəslindən tez istifadəyə verilməyəcək.


    2 ekranlı cihazlar üçün isə əməliyyat sistemi 2022-ci ilin əvvəlindən tez istifadəyə verilməyəcək. Onu da qeyd etmək lazımdır ki, Windows 10X Win32 tətbiqlərini dəstəkləməyəcək. Tərtibatçıların planlarına əsasən bu cür tətbiqlər internet vasitəsilə Edge brauzerində işə düşəcəklər. Şirkət təmsilçiləri insayderlərin bu məlumatlarına bir fikir bildirməyiblər.

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


HarmonyOS-in Google servislərini dəstəklədiyi məlum olub

Keçən ilin sentyabr ayında Huawei şirkəti smartfonlarla və digər smart cihazlarla uyğunlaşa bilən Ha..


Yeni Huawei smartfonlarına HarmonyOS əməliyyat sistemi öncədən quraşdırılacaq..

Digital Chat Station ləqəbli məşhur çinli insayder Huawei şirkətinin HarmonyOS əməliyyat sistemi bar..


Xiaomi yeni MIUI funksiyası sayəsində köhnə smartfonlarını sürətləndirə biləcək..

Digital Chat Station ləqəbli məşhur çinli insayderin verdiyi məlumata əsasən Xiaomi şirkəti MIUI ist..


Windows 10-da istənilən Linux tətbiqinin işə salınması mümkün olub (VİDEO)..

Microsoft şirkəti qrafik interfeysli Linux tətbiqlərinin Windows 10 mühitində işə salınması funksiya..


Windows 10-da olan Timeline funksiyasının imkanları məhdudlaşdırılacaq

Öz əməliyyat sisteminin təkimlləşdirilməsilə məşğul olan Microsoft şirkəti Windows 10-nun növbəti ve..


Xiaomi: 'Android 11 son illərin ən problemli əməliyyat sistemidir'

Xiaomi bildirib ki, son il ərzində MIUI istifadəçi interfeysi əvvəlki illərlə müqayisədə daha çox də..

×