main-post-cover

    Microsoft şirkəti Windows-un ən məşhur funksiyalarından birinin imkanlarını genişləndirəcək

    Proqram Təminatı
    Əməliyyat sistemləri
    11.08.2020
    Farid Pardashunas
        Ctrl-VCtrl-C düymələrinin kombinasiyası Windows istifadəçilərinə çoxdan məlumdur. Ənənəvi funksiyanı yerinə yetirən bu mexanizm uzun illərdir heç dəyişməyib. Lakin Windows 10-un stifadəyə verilməsi ilə kompüter sahibləri bu alətlərlə qarşılıqlı əlaqə üzrə genişləndirilmiş imkanlar əldə ediblər. Yaxın zamanda isə Microsoft şirkəti sözügedən düymələrin kombinasiyaları nəticəsində işə düşən ənənəvi funksiyanın imkanlarını genişləndirəcək. Bu barədə Techradar saytı xəbər verib.
        Beləliklə Windows 10-un 20185 kod nömrəli test versiyasında təkmilləşdirilmiş mübadilə buferi (clipboard) paneli ortaya çıxıb. Təkmilləşdirilmiş panel ənənəvi funksiyanın çalışma prinsipini dəyişəcək. Belə ki, yeni versiyada əməliyyat sistemi öz müddətli yaddaşında mətnlə yanaşı həmçinin təsvirləri və HTML kontenti saxlaya biləcək. Bu yeni özəllik sayəsində istifadəçilər Gboard klaviaturasındakı kimi smaylikləri və GIF animasiyaları kopyalayıb digər yerə köçürə biləcəklər (copy+paste).
    Windows 10
        İstəyə uyğun olaraq mübadilə buferinin tarixçəsini silmək olar və bununla yanaşı bufer mübadiləsi tarixçəsini ümumiyyətlə deaktiv etmək olar. Mübadilə buferində saxlanan kontentlərə keçid etmək üçün istifadəçilər sadəcə olaraq Windows + V kombinasiyasını reallaşdırmalıdırlar. Bunu etmək artıq mümkündür. Bununla yanaşı mübadilə buferində olan kontentləri Windows 10 dəstəkli digər cihazlarda da istifadə etmək olar. Bu yeni funksiyanın növbəti Windows 10 yenilənməsində olacağı gözlənilir. 
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər