main-post-cover

    Microsoft və Qualcomm tərəfdaşlığı gücləndirir: Windows 10-un Snapdragon optimizasiyası artırılacaq

    Proqram Təminatı
    Əməliyyat sistemləri
    27.09.2020
    Nijat Hamid
            Microsoft şirkəti ARM arxitekturaları əsasında təkmilləşən çipsetlərdəki potensialı görürərək Windows 10-un ARM versiyasını ortaya çıxarmışdı. Mobil smartfon çipsetlərində lider olan Qualcomm ilə yaxın münasibətləri olan Microsoft bu gündən etibarən mobil çipsetlərin Windows 10 ilə daha optimizasiyalı işləyəcəyini bildirdi. Həmçinin Qualcomm ilə olan tərəfdaşlıq daha da təkmilləşdiriləcək. Artıq Snapdragon prosessorlu və Windows 10 istifadə edən daha çox noutbuku bazarda görə biləcəyik.

    App Asure adlı layihə ilə birliktə Microsoft Store tətbiq mağazasında Snapdragon prosessorlarını dəstəkləyən tətbiqlərin sayı artacaq.

            Beləliklə ARM əsaslı kompüterlərin bazardakı payının artacağı gözlənilir. Ötən aylarda keçirilən Ignite konfransı zamanı Microsoft şirkəti Qualcomm ilə daha çox tərəfdaşlıq edəcəyini bildirmişdi. Bunun nəticəsində Snapdragon çipsetli kompüterlərdə tətbiqlərin optimizasiyası enerji istifadəsi bir xeyli təkmilləşdirilməsi planlanır. Qualcomm rəsmilərindən olan Keith Kressin-in dediklərinə görə kompüterlərdə ARM arxitekturalı Snapdragon çipsetlərinə keçid etməklə gələcəkdə soyutma fanı olmayanbatareyası günlərlə enerji saxlaya bilən kompüterləri görməyimiz mümkün olacaq. Həmçinin Snapdragon çipsetlərinin daxili modemlərə malik olduğunu nəzərə aldığımızda 4G5G şəbəkə dəstəkli kompüterləri də görə biləcəyimiz vurğulanıb. 
            Qualcomm-dan başqa MediaTek şirkəti də ARM əsaslı öz çipsetləri ilə ChromeBook bazarına giriş etməyi planlaşdırır. Microsoft-un dəstəyi ilə smartfon çipsetlərinə malik kompüterlərin yeni trend olması gözlənilir. Əlbəttə, bu trend tutarsa Qualcomm və MediaTek şirkəti çipset satışlarından çox ciddi gəlirlər əldə edəcəklər.
    Linki kopyala