Reklam
Microsoft Windows 10-da qıcıqlandırıcı problemlərdən birini aradan qaldıracaq

Microsoft Windows 10-da qıcıqlandırıcı problemlərdən birini aradan qaldıracaq

Əməliyyat sistemləri
16.08.2022 PAYLAŞIM

    Microsoft Edge brauzerinin istifadəyə verilməsindən sonra Windows-da hansı brauzerin standart (default) brauzer qismində seçilməsi prosesini reallaşdırmaq daha qəlizləşib. Belə ki, bu halda Edge brauzerini Chrome brauzerinə dəyişmək üçün istifadəçi əməliyyat sistemin ayarlar bölməsində vaxt itirməli olur. Lakin yaxın zamanda bu qıcıqlandırıcı problem öz həllini tapacaq. Windows 10-nun test edilməsi ilə məşğul olan istifadəçilər sözügedən əməliyyat sisteminin növbəti yenilənməsində bu qəliz prosesin necə sadə üsul vasitəsilə reallaşdırılacağını sərgiləyiblər.

    Windows 10 22H2 adlı yenilənmənin beta versiyasında əməliyyat sistemində standart brauzer seçimi üsulu Windows 7-dəki kimi reallaşdırılıb. Prosesə Google Chrome misalında baxaq. Belə ki, Windows 10-da istifadə ediləcək brauzerin standart brauzer qismində seçilməsi üçün istifadəçi sadəcə olaraq Google Chrome brauzerinə daxil olmalı və Google Chrome tərəfindən avtomatik olaraq təklif olunan bildirişdə “Set as default” düyməsinə klikləməli olacaq. Brauzer tərəfindən təqdim ediləcək bildirişdə Chrome brauzerinin, əməliyyat sisteminin standart brauzeri qismində seçilməsi təklif edilir.


Windows 10 22H2

    İstifadəçi “Set as default” düyməsinə klikləyəndən sonra Google Chrome həmçinin əməliyyat sisteminin ayarlar bölməsində də avtomatik olaraq standart brauzer qismində qeyd ediləcək. Qeyd etmək lazımdır ki, Windows 11-də bu cür üsul hələ ki, mövcud deyil. FirefoxOpera bir kliklə standart brauzer seçimi özəlliyini artıq dəstəkləyirlər. Google Chrome isə bu özəlliyi bu ilin payız fəslində əldə edəcək. Windows 10 22H2 yenilənməsinə gəldikdə isə onun gələn ay istifadəyə veriləcəyi gözlənilir. Windows 11-də bu cür özəlliyin olub-olmayacağı isə bilinmir.

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Windows 11 üçün növbəti yenilənmə təqdim edilib

Yeni əməliyyat sistemi üçün təqdim edilmiş növbəti yenilənmə Windows 11-in həm xarici görünüşünə həm..


Android 13-də istifadəyə veriləcək 2 yeni funksiya məlum olub

Avqust ayının sonunda Google şirkəti Pixel smartfonları üçün Android 13 əməliyyat sistemini istifadə..


Android Go-nun aşağı büdcəli smartfonlar üçün texniki tələbləri yüksəlib..

Android əməliyyat sisteminin Go Edition versiyası zəif texniki özəlliklərə sahib smartfonlar üçün nə..


iOS 16 saxta AirPods qulaqlıqlarını təyin edə biləcək

Artıq bugün iPhone istifadəçiləri üçün iOS 16 əməliyyat sisteminin stabil versiyası istifadəyə veril..


iOS 16-nın istifadəyə verilmə tarixi və dəstəkləyəcəyi iPhone modellərinin siyah..

İyun ayında keçirilmiş WWDC 2022 konfransı çərçivəsində Apple şirkəti iOS 16-nı təqdim etmişdi...


Android 14-də peyk şəbəkəsinin dəstəyi reallaşdırılacaq

Hələ bir neçə müddət bundan öncə məlum olmuşdu ki, SpaceX şirkəti T-Mobile mobil operatoru ilə birli..

×