
Microsoft Windows 11 üçün yenilənmiş File Explorer tətbiqini sərgiləyib
Əməliyyat sistemləri
24.05.2023
Emil
Microsoft Windows 11-də istifadəyə veriləcək yenilənmiş File Explorer tətbiqini sərgiləyib. Yenilənmiş tətbiqdə alətlər paneli, qovluqlar və tətbiqin digər elementləri yeni dizaynla tərtib olunublar. Yenilənmiş File Explorer özünün əsas xüsusiyyətlərini qoruyub saxlasa da onun daxilindəki elementlər bir qədər fərqli görünürlər. Məsələn müəyyən əməliyyatların yerinə yetirilməsi üçün nəzərdə tutulmuş düymələr ünvan sətrinin alt hissəsinə yerləşdirilib. Redizayndan əlavə olaraq yenilənmiş File Explorer kənar tətbiqləri işə salmadan rahat şəkildə fotolara baxmaq imkanını verəcək. Əlavə olaraq tətbiqdəki axtarış vasitəsilə yalnız kompüterin yaddaşında mövcud olan fotoları axtarmaq mümkün olacaq.


Paylaş
Bənzər xəbərlər
Ən çox oxunanlar

Azercell-in eksklüziv tərəfdaşlığı ilə “Bakı Marafonu 2025” baş tutdu
