
Microsoft Windows 12-nin veb versiyası üzərində çalışır
Əməliyyat sistemləri
29.09.2023
Emil
Microsoft şirkətinə yaxın olan mənbələrin verdikləri məlumata əsasən Microsoft Windows 12 əməliyyat sisteminin veb versiyasını hazırlayır. Məlumatda qeyd edilib ki, Windows 12-nin veb versiyası çalışma prinsipinə görə Google şirkətinin ChromeOS əməliyyat sistemini xatırladır. Qeyd etmək lazımdır ki, ChromeOS əsasən məktəblərdəki noutbuklarda və aşağı performans göstəricilərinə sahib cihazlarda istifadə edilir. Məlumatda qeyd edilib ki, Windows 12-nin veb versiyası əməliyyat sisteminin standart versiyasını əvəz etmək üçün nəzərdə tutulmayıb. Veb versiya Microsoft-un ChromeOS-ə cavabı ola bilər. Bu, Microsoft-un təhsil məqsədli baha olmayan cihazlar üçün sadə və yüngül Windows versiyasını yaratmaq cəhdidir. Məlumata əsasən növbəti nəsil Windows artıq gələn il təqdim ediləcək.
Paylaş
Bənzər xəbərlər
Ən çox oxunanlar

ABŞ ordusu zirehli texnika əvəzinə dronlara üstünlük verəcək
