main-post-cover

    Microsoft Windows 8-in təkmilləşdirilmiş versiyasının dəstəyini dayandırmağa hazırlaşır

    Proqram Təminatı
    Əməliyyat sistemləri
    26.06.2022
    Farid Pardashunas
        Microsoft şirkəti Windows 8.1 istifadəçilərinə sözügedən əməliyyat sisteminin dəstəyinin 10 yanvar 2023-cü il tarixində dayandırılacağı barəsində bildirişi göndərməyə hazırlaşır. Həmin bildirişin istifadəçilərə artıq gələn ay göndəriləcəyi gözlənilir. Beləliklə göndəriləcək bildiriş Windows 8.1-in dəstəyinin dayandırılacağına dair ilk xəbərdarlıq olacaq. Qeyd etmək lazımdır ki, Microsoft Windows 8-in dəstəyini hələ 2016-cı ildə dayandırmışdı. Lakin onun təkmilləşdirilmiş versiyası olan Windows 8.1-in dəstəyi yalnız 2023-cü ilin yanvar ayında dayandırılacaq.
        Bununla belə biznes üçün Extended Security Update yenilənməsi hətta ödənişli şəkildə də mümkün olmayacaq. Beləliklə ya yeni əməliyyat sisteminə keçid etmək ya da təhlükəsizlik baxımından bütün riskləri gözə alıb Windows 8.1-dən istifadəni davam etdirmək lazım gələcək. İlk növbədə sensorlu ekrana sahib cihazların istifadəçiləri üçün nəzərdə tutulmuş Windows 8.1-in istifadəyə verilməsindən müəyyən müddət sonra Microsoft bu əməliyyat sisteminə Start düyməsini və bir sıra ənənəvi funksiyaları geri qaytarmalı oldu. 2015-ci ildə Microsoft Windows 10-u istifadəyə verdi və əməliyyat sisteminin 8-ci seriyası öz məntiqi sonluğuna irəliləməyə başladı.
        Microsoft-un sözlərinə əsasən Windows 8 və Windows 8.1 istifadəçilərinin çoxunun cihazları Windows 11-i dəstəkləmirlər. Buna görə də onlara alternativ olaraq Windows 10-a keçid etmək məsləhət görülür. Windows 10-un dəstəyi isə 14 oktyabr 2025-ci il tarixinə imi davam edəcək. Təbii ki, 10 yanvar 2023-cü ildən sonra Windows 8.1-in fəaliyyəti tamamilə dayandırılmayacaq. O, əvvəlki kimi çalışmağa davam edəcək. Lakin Microsoft şirkəti tərəfindən daimi yenilənmələrin artıq təqdim edilməməsi səbəbəilə sözügedən əməliyyat sistemi lazımi səviyyədə təhlükəsizliyi təmin edə bilməyəcək.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər