main-post-cover

    Microsoft Windows-da Cortana səsli köməkçisinin dəstəyinin dayandırılacağını elan edib

    Proqram Təminatı
    Əməliyyat sistemləri
    05.06.2023
    Emil Nəcəfov
        Microsoft şirkəti Windows-da Cortana səsli köməkçisinin dəstəyini dayandıracağını elan edib. Şirkət bildirib ki, o bu ilin sonundan başlayaraq Windows-da Cortana-nı ayrıca tətbiq kimi dəstəkləməyi dayandıracaq. Windows-da Cortana-nın dəstəyinin dayandırılacağı xəbəri gözlənilən idi. Belə ki, şirkət bir neçə müddət bundan öncə əməliyyat sisteminə Copilot alətinin inteqrasiya ediləcəyini elan etmişdi. Süni zəka əsasında çalışan Copilot istifadəçiyə daha geniş imkanları təqdim edəcək.
        Həmin imkanlar arasında mətnlərin redaktə edilməsi, mətnlərin tərkib hissələrinin ümumiləşdirilməsi, istifadəçilər tərəfindən verilən suallara cavabların tərtib edilməsi, kompüter göstəricilərinin ayarlanması və s. var. Qeyd etmək lazımdır ki, Cortana ilk dəfə Windows-a 2015-ci ildə inteqrasiya edilmişdi. Söhbət, Windows 10-dan gedir. Lakin son bir neçə ildə şirkət sözügedən səsli köməkçinin Windows-da istifadəsini məhdudlaşdırmağa başladı. Windows 11-də isə səsli köməkçi ümumiyyətlə Taskbar bölməsindən itdi.
    Linki kopyala