main-post-cover

    Microsoft yenidən Windows 11-in interfeysinə reklam inteqrasiya edib

    Proqram Təminatı
    Əməliyyat sistemləri
    08.11.2022
    Farid Pardashunas
        Microsoft istifadəçilərin Windows 11 ilə qarşılıqlı əlaqələrini daha da yaxşılaşdırmaq üçün daimi şəkildə əməliyyat sisteminin təkmilləşdirilməsi ilə məşğul olur. Lakin bəzən əməliyyat sistemi üçün təqdim edilən yeniliklər istifadəçilərdə qıcıq yaradır. Bir neçə müddət bundan öncə Twitter istifadəçilərindən biri aşkar etmişdi ki, şirkət yenidən öz əməliyyat sisteminin interfeysinə reklam inteqrasiyasını reallaşdırıb. Reklam inteqrasiyasını reallaşdırmaq üçün isə şirkət əməliyyat sistemində ən gözlənilməz bölməni seçib.
        Söhbət, kompüterin söndürülmə menyusundan gedir. Təqdim edilmiş screenshot fotolardan da görmək olar ki, sözügedən menyuda artıq mövcud olan standart düymələrdən əlavə olaraq “Sign up for Microsoft Account” düyməsi mövcuddur. Sözügedən düymə Microsoft hesabına daxil olmağı, hesabdakı ayarlamaları sonlandırmağı və ya OneDrive-a daxil olmağı təklif edir. Bu yeniliyi Twitter istifadəçisi əməliyyat sisteminin yenilənməsindən sonra aşkar edib. Windows 11-in stabil verisyasında “Sign up for Microsoft Account” düyməsi hələ mövcud deyil.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər