
MIUI 15-in MiOS ilə əvəzlənməsi məlumatı təkzib edilib
Əməliyyat sistemləri
12.10.2023
Emil
Bir neçə gün bundan öncə Digital Chat Station ləqəbli məşhur insayder məlumat vermişdi ki, Xiaomi şirkəti öz istifadəçi interfeysinin növbəti versiyasında MIUI brendindən imtina edəcək və onu MiOS ilə əvəz edəcək. Yəni şirkətin istifadəçi interfeysinin MIUI adlı son versiyası məhz MIUI 14 olacaq. Lakin XiaomiUI saytı insayderin bu məlumatını təkzib edərək bildirib ki, o, həqiqəti əks etdirmir. Bu bəyanatı təsdiqləmək üçün XiaomiUI saytı Redmi K60 Pro (Socrates), Mix Fold 3 (Babylon), Xiaomi 13 Ultra (Ishtar), Xiaomi 13 (Fuxi) və Xiaomi 12T (Plato) smartfonları üçün MIUI 15 versiyalarını əks etdirən screenshot fotonu təqdim edib. Bundan əlavə olaraq insayderlər bildiriblər ki, əgər MIUI istifadəçi interfeysi hətta MiOS ilə əvəz olunsa belə, bu, yalnız Çin bazarı üçün nəzərdə tutulacaq.

Paylaş
Bənzər xəbərlər

Elm & Texnologiya
Microsoft dəyişdirilə bilən batareyaya sahib AR eynəyin patentini əldə edib
Microsoft şirkəti dəyişdirilə bilən batareyaya sahib AR eynəyin patentini əldə edib.

Cihazlar+
Huawei şirkətinin bilinməyən yeni smartfonu ortaya çıxıb
Çinin TENAA adlı sertifikatlaşdırma agentliyinin məlumatlar bazasında Huawei şirkətinin CTR-AL20 model nömrəsinə sahib bilinməyən smartfonu ortaya çıxıb.

Cihazlar+
Qatlana bilən qapaqlı OPPO Find N3 Flip-in qlobal versiyasının təqdimatı rəsmi şəkildə anons edilib
OPPO şirkəti öz yeni qatlana bilən smartfonu OPPO Find N3 Flip-in qlobal versiyasının təqdimatını anons edib.

Elm & Texnologiya
MediaTek Dimensity 9300 flaqman prosessorunun təqdimat müddəti açıqlanıb
Artıq çoxdan məlumdur ki, MediaTek şirkəti öz yeni flaqman prosessoru üzərində çalışır.

Cihazlar+
Xiaomi 14 smartfon seriyasının təqdimat tarixi açıqlanıb
Xiaomi şirkəti hal hazırda Xiaomi 14 smartfon seriyasının təqdimatına hazırlaşır.
Ən çox oxunanlar

Google Pixel 9a-nın reklam fotoları təqdim edilib
