Müxtəlif Windows versiyalarının aprel ayı üzrə statistikaları təqdim edilib

Müxtəlif Windows versiyalarının aprel ayı üzrə statistikaları təqdim edilib

Əməliyyat sistemləri
03.05.2023 PAYLAŞIM

    Statcounter analitik şirkəti müxtəlif Windows versiyalarının istifadəçilər arasında məşhurluqları üzrə yenilənmiş statistikanı təqdim edib. Beləliklə yeni məlumatlara əsasən Microsoft-un hal hazırda aktual olan yeni əməliyyat sistemi Windows 11 bazardakı payını ləng şəkildə genişləndirməyə davam edir. Statistikaya əsasən keçən ayın sonunda sözügedən əməliyyat sisteminin bazardakı payı 2.03% yüksələrək 23.01% təşkil edib.


    Analitiklərin hesablamalarına əsasən əgər Windows 11 indiki inkişaf tempini qoruyub saxlasa, 2 ildən sonra o, Windows 10-un bazarda sahib olduğu pay göstəricisinə (71.45%) çatacaq. Qeyd etmək lazımdır ki, Windows 10-un bazardakı payı aprel ayı üzrə 2.03% aşağı düşüb. Maraqlısı ondadır ki, keçən ay üzrə Windows 7 ilə Windows 8.1-in bazardakı payları bir qədər yüksəlib. Belə ki, Windows 7-nin bazardakı poyı 3.78%-ə, Windows 8.1-in payı isə 0.85%-ə yüksəlib. Windows 8 (0.44%) ilə Windows XP-yə (0.35%) gəldikdə isə onlar artıq tədricən statistikadan kənarda qalmağa başlayıblar.



DAHA ÇOX


iOS 17 ilə iPadOS 17-ni əldə edəcək cihazların rəsmi siyahısı təqdim edilib..

iOS 17 ilə iPadOS 17-nin təqdimatından sonra Apple şirkəti bu əməliyyat sistemlərini əldə edəcək cih..


Apple watchOS 10 əməliyyat sistemi təqdim edilib

iOS 17 və iPadOS 17 ilə birlikdə Apple şirkəti öz smart saatları üçün nəzərdə tutulmuş watchOS 10-u ..


Apple iPadOS 17 əməliyyat sistemi təqdim edilib

iOS 17 ilə yanaşı Apple şirkəti həmçinin iPadOS 17-ni də təqidm edib.


Apple macOS Sonoma əməliyyat sistemi təqdim edilib

Apple şirkəti WWDC 2023 konfransı çərçivəsində Mac kompüterləri üçün nəzərdə tutulmuş macOS 14 Sonom..


Apple iOS 17 əməliyyat sistemi təqdim edilib

Apple şirkəti WWDC 2023 konfransı çərçivəsində iOS 17 əməliyyat sistemini təqdim edib.


Windows 11-in əməliyyat sistemləri bazarındakı payı aşağı düşüb

Statcounter adlı analitik şirkət geridə qalmış ay üzrə Windows versiyalarının istifadəçilər arasında..

×