main-post-cover

    Növbəti Windows 10 yenilənməsi əməliyyat sistemində problemlər yaradıb

    Proqram Təminatı
    Əməliyyat sistemləri
    21.07.2023
    Farid Pardashunas
        Windows-un uğursuz yenilənmələr seriyası davam edir. Bir neçə müddət bundan öncə Microsoft Windows 10 üçün iyun ayı üzrə KB5028166 nömrəli yenilənməni istifadəyə verdi. Lakin yenilənmənin istifadəyə verilməsindən sonra həm adi istifadəçilər həm də şirkətin korporativ müştəriləri tərəfindən şikayətlər ortaya çıxmağa başladı. İstifadəçilərin sözlərinə əsasən sözügedən Windows 10 yenilənməsi öz növbəsində tətbiqlərin və o cümlədən kompüter oyunlarının çalışma proseslərini ləngidib.
    Windows 11
        Ümumilikdə əməliyyat sisteminin performans göstəricisi aşağı düşüb. Bura həmçinin Chrome brauzerində müxtəlif faylların yüklənmələri və veb səhifələrin yüklənmə proseslərinin ləng şəkildə baş verməsi də daxildir. İstifadəçilər şikayətlənirlər ki, bəzi hallarda brauzer daxilindəki veb səhifələr donmuş vəziyyətə düşürlər və heç bir əməliyyata reaksiya vermirlər. Keş yaddaşının təmizlənmnəsi və cihazın yenidən işə salınması bu problemləri aradan qaldırmır. Microsoft yaranmış bu problemlər barəsində hələ heç bir rəsmi fikir bildirməyib.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər