Nvidia şirkəti Windows 7, 8  və 8.1 üçün qrafik drayverlərin dəstəyini dayandıracaq

Nvidia şirkəti Windows 7, 8 və 8.1 üçün qrafik drayverlərin dəstəyini dayandıracaq

Əməliyyat sistemləri
14.06.2021 PAYLAŞIM

    Nvidia şirkəti Windows 7, 8 8.1 əməliyyat sistemləri ilə uyğunlaşan son videokart drayverlərinin nə zaman təqdim olunacaqlarını açıqlayıb. Həmin drayverlərin istifadəyə verilməsindən sonra şirkət artıq köhnəlmiş hesab olunan bu əməliyyat sistemləri ilə uyğunlaşan videokartları üçün yalnız kritik təhlükəsizlik yenilənmələrini təqdim edəcək. Kritik təhlükəsizlik yenilənmələri isə videokartların performanslarına heç bir təsir göstərməyəcəklər. Nvidia təmsilçiləri bildiriblər ki, kritik təhlükəsizlik yenilənmələri 2024-cü ilin sentyabr ayına kimi təqdim ediləcək.

    Bununla belə Windows 7, 8 və 8.1 əməliyyat sistemlərinin istifadəçiləri üçün yeni funksiyalar ilə yaxşı optimizasiyalı drayverlər aktiv olmayacaqlar. Nvidia bildirib ki, bu qərar Microsoft şirkətinin Windows 7 ilə Windows 8-in dəstəklərinin dayandırılması bəyanatından sonra qəbul edilib. Bununla belə Windows 8.1 əməliyyat sistemi 2023-cü ilə kimi yeni drayverləri əldə edəcək. Nvidia-nın statistikasına əsasən GeForce videokartlarına sahib istifadəçilərin çox hissəsi artıq Windows 10-a keçid edib. Windows 7 ilə Windows 8-ə gəldikdə isə onlar son Nvidia drayverlərini bu ilin 31 avqust tarixində əldə edəcəklər.


Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Uzun müddət ərzində aktiv olmayan tətbiqlər və tərtibatçıların hesabları Google ..

Google şirkəti Google Play platformasının çalışma siyasətində dəyişikliklərin olduğunu elan edib...


Google iOS-dən Android-ə rahat keçid üçün xüsusi tətbiq üzərində çalışır..

İnsayderlərin verdikləri məlumata əsasən Google şirkəti iOS istifadəçilərinin Android-ə maksimal dər..


Microsoft bulud servisdə işə düşən Windows 365 adlı əməliyyat sistemini təqdim e..

Microsoft-un yeni servisi desktop əməliyyat sistemini bulud servisdə istifadə etmək imkanını verir...


Windows 11 yenilənmələri arasındakı zaman intervalı daha böyük olacaq

Microsoft şirkəti Windows 11 barəsində məlumatlar təqdim etməyə davam edir.


Google yaxın zamanda Android Jelly Bean-in dəstəyini dayandıracağını elan edib..

İstifadəyə verilməsindən 9 il sonra Google şirkəti Android Jelly Bean əməliyyat sisteminin dəstəyini..


Windows 7 istifadəçiləri Windows 11-i daha qəliz üsul ilə əldə edəcəklər..

Microsoft şirkəti Windows 11 əməliyyat sisteminin kompüterlərə quraşdırılması barədə məlumatlar verm..

×